KİV rəhbərləri Ordubadda tarixi abidələrlə tanış olublar
Tarix: 03.06.2017 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasına səfər edən ölkənin aparıcı KİV rəhbərlərindən ibarət 20 nəfərlik nümayəndə heyəti dünən Ordubad şəhərinə səfər edib. Nümayəndə heyəti səfər çərçivəsində öncə Ordubad şəhərində Qeysəriyyə Tarix Diyarşunaslıq Muzeyində olub.
Muzey barədə qonaqlara məlumat verən muzeyin direktoru, Naxçıvan MR -in Əməkdar mədəniyyət işçisi Vilayət Bağırov Ordubadda hər abidənin özündə tarixi yaşatdığını bildirib: "XVII əsrdən soraq verən abidələrdən biri Qeysəriyyə tarixi abidəsidir. “Qeysəriyyə” sözünün mənası keçmiş zamanlarda şahlara məxsus daş-qaş, ləl-cəvahirat satılması məqsədilə tikilmiş örtülü Şərq bazarı deməkdir. Belə tikililərə dünyanın 3 yerində - Səmərqənd, Təbriz və Ordubad şəhərində rast gəlmək olur. Bu da onu göstərir ki, orta əsrlərdə Ordubadda ticarət və sənətkarlıq geniş inkişaf edib, dünyanın dörd bir yanından tacirlər, səyyahlar bura səyahət ediblər. Qeyri-adi quruluşa malik olan Qeysəriyyə binasından sonrakı dövrlərdə müxtəlif məqsədlərlə istifadə edilib. “Zorxana” kimi fəaliyyəti dövründə İrandan, Türkiyədən, Həmədandan və başqa yerlərdən gələn pəhləvanlar burada öz güclərini sınayıblar. Kim qalib gəlirdisə, hücrələrdə əyləşən xandan mükafat kimi bir kisə qızıl alırmış. XIX əsrin ortalarına yaxın Ordubadda yaradılmış “Əncüməni-şüəra” ədəbi məclisinin üzvləri bu binaya yığışıb yazdıqları əsərləri oxuyar, ədəbi müzakirələr apararmışlar. XX əsrdə abidə bir müddət ipək sarıyan sex kimi fəaliyyət göstərmiş, 1978-ci ildə ordubadlı memar Zakir Babayev tərəfindən bərpa edilmişdir. Ordubad Tarix-Diyarşünaslıq Muzeyinin bu binada fəaliyyət göstərməsi abidənin əhəmiyyətini daha da artırıb. Böyük günbəzdən və ona bitişik 16 kiçik günbəzdən ibarət olan bu bina gözəl memarlıq üslubunda tikilib. Hündürlüyü 8,5 metr olan abidə bişmiş kərpicdən inşa olunub. Tarixi tikilinin pəncərələri şəbəkə üsulu ilə işlənib. Ordubadda əksər tarixi tikililər, o cümlədən məscidlərin pəncərələrində şəbəkə sənətinə rast gəlirik. Bu da şəbəkə sənətinin Ordubadda tarixən inkişafından xəbər verir. Qədim dövrlərdən başlayaraq müasir günümüzədək rayonun tarixini özündə ehtiva edən eksponatlar aid olduğu guşələrdə yerləşdirilib. 150 eksponatla fəaliyyətə başlayan muzeydə hazırda 4000-dən artıq eksponat qorunub saxlanılır. 2016-cı ildə muzeyə XIV-XV əsrə aid silahlar, mis qablar, tarixi ədəbiyyatlardan ibarət 30-dan artıq yeni eksponat daxil olub". Muzeylə tanışlıqdan sonra Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli xatirə kitabına ürək sözlərini yazıb. Buradan sonra nümayəndə heyəti Y.Məmmədəliyevin ev muzeyi ilə tanış olub. Muzeydə qonaqlara Y. Məmmədəliyevin həyat fəaliyyəti, elmin inkişafına verdiyi töhfələrdən bəhs edilib.Səfər çərçivəsində KİV rəhbərləri bu torpağın yetişdirdiyi Məmməd Səid Ordubadinin ev muzeyində də olublar. Burada qonaqlara Ordubadinin uşaqlığı, həyat və yaradıcılığı ilə bağlı geniş məlumat verilib.Məhəmmədtağı Sidqinin ev muzeyi ilə də tanış olan nümayəndə heyətinə muzeyin Naxçıvan MR-in Ali Məclisi sədrinin sərəncamı ilə 2014-cü ildə yaradıldığı barədə məlumat verilib. Muzeyin girişdən, 3 ekspozisiya və 3 iş otağından ibarət olduğu bildirilib. Daha sonra nümayəndə heyəti14-cü əsrə aid Buzxana memarlıq abidəsi ilə də tanış olub. KİV rəhbərləri tarixi və mədəni abidələrlə zəngin olan Ordubad torpağından yüksək təəssüratla ayrılaraq Batabat Dövlət Təbiət Qoruğunda da olublar.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info