Səmərqənddə Azərbaycan mədəniyyəti günləri keçiriləcək
Tarix: 05.06.2017 | Saat: 15:08:00 | E-mail | Çapa göndər


İyunun 12-dən 15-dək qədim Səmərqənd şəhərində Azərbaycan mədəniyyəti günləri keçiriləcək.
Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM), Əlişir Nəvai adına Səmərqənd Dövlət Universiteti (SDU) və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü ilə iyunun 13-də Səmərqənd Dövlət Universitetində “Azərbaycan-Özbəkistan: mədəni, ədəbi əlaqələr” mövzusunda elmi konfrans təşkil olunacaq.
Konfransda AMM-nin direktoru Samir Abbasov “Azərbaycan-Özbəkistan, mədəni-ədəbi əlaqələr: həyata keçirilən çoxsaylı tədbirlər, layihələr və perspektivlər” mövzusunda çıxış edəcək, Mədəniyyət Mərkəzinin bu mövzuda hazırladığı videomaterial nümayiş etdiriləcək.
Tədbirdə qədim dövrlərdən müasir dövrə qədər iki xalq arasında mədəni-ədəbi əlaqələrə dair məruzələr dinləniləcək, Azərbaycan Turizm və Menecment Universitetinin təqdimatı olacaq.
Konfrans çərçivəsində Azərbaycanın tarixi və mədəniyyəti ilə əlaqədar kitab sərgisi də keçiriləcək.
İyunun 14-də Səmərqəndin Mərkəzi Bağında “Azərbaycan-Qafqazın dürdanəsi” adlı sərgi açılacaq. Sərgidə Azərbaycan mədəniyyətinə dair eksponatlar, rəsmlər, fotoşəkillər, xalçalar, milli libaslar nümayiş etdiriləcək, park ərazisində çoxsaylı ekspozisiyalar quraşdırılacaq. Sərgi zamanı Parkda quraşdırılacaq geniş monitorlarda Azərbaycanın turizm imkanları, Bakının və regionlarının müasir görüntülərinə dair videoçarx yayımlanacaq.
Parkın ərazisində keçiriləcək “Odlar yurdundan Türküstana sevgi ilə”, “Könlüm keçir Qarabağdan” adlı fotosərgilərdə Azərbaycana, Qarabağa dair maraqlı fotoşəkillər nümayiş olunacaq, milli mətbəximiz və şirniyyatlarımız təqdim ediləcək. Parkda Azərbaycan milli geyimləri, həmçinin Qarabağ geyimlərinin sərgisi təşkil olunacaq, SDU-nin tələbələri “Qarabağ şikəstəsi”nin sədaları altında Qarabağ xanlarına, zadəgan xanımlarına məxsus geyimləri nümayiş etdirəcək.
AMM-in nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının üzvlərinin ifasında Azərbaycan və özbək milli rəqsləri təqdim olunacaq.
İyun 15-də Səmərqənddə yaşayan tanınmış azərbaycanlı heykəltəraş, uzun illər Özbəkistan Rəssamlıq Akademiyasının Səmərqənd filialının rəhbəri olmuş mərhum Eynulla Əliyevin yaşadığı evdə onun xatirə lövhəsinin açılışı planlaşdırılır.
Səmərqənddə keçirilən mədəniyyət günlərinin bağlanış mərasimi iyunun 15-də Azərbaycanın Milli Qurtuluş Gününə həsr olunmuş möhtəşəm konsert proqramı ilə başa çatacaq.
Mədəniyyət günləri çərçivəsində Səmərqənd kitabxanalarına Azərbaycanın tarixi mədəniyyəti, ədəbiyyatı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə görülən işlərlə bağlı kitablar hədiyyə ediləcək.
Qeyd edək ki, Azərbaycan Mədəniyyət həftəsi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və Azərbaycan Diaspora Təşkilatının dəstəyi ilə keçirilir.

Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info