Uşaqlara təbiətə humanist yanaşma aşılanır
Tarix: 05.06.2017 | Saat: 15:09:00 | E-mail | Çapa göndər


İyunun 4-də sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli respublika xüsusi internat məktəbinin sakinləri IDEA Heyvanlara Qayğı Mərkəzində olublar.
 
Heydər Əliyev Fondundan verilən məlumata görə, Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə iştirak edib.
 
Tədbirdə uşaqlar ev heyvanları üçün yaradılan şəraitlə və IDEA Heyvanlara Qayğı Mərkəzinin fəaliyyəti ilə tanış olublar. Uşaqlar üçün müxtəlif əyləncəli proqramlar və nahar təşkil edilib, Heydər Əliyev Fondu adından onlara hədiyyələr verilib.
 
IDEA İctimai Birliyinin “Azərbaycan. Ceyranların xilası” sənədli filminin uşaqlar üçün surdotərcümə ilə nümayişi olub. Filmin rejissoru İqor Bışnyovun çəkilişlər zamanı lentə aldığı fotolardan ibarət sərgi təşkil edilib.
 
Tədbirin məqsədi uşaqların maraqlı və əyləncəli gün keçirmələri ilə yanaşı, onlara erkən yaşlarından təbiətimizə, onun sərvətlərinə qayğının, eləcə də ev heyvanlarına rəğbətin və humanist yanaşmanın aşılanmasından ibarətdir.
 
Qeyd edək ki, gənclərin ekoloji məsələlərə cəlb edilmələri və onların ətraf mühitin mühafizəsinə töhfə vermələri, ekoloji problemlərlə mübarizəyə qoşulmaları naminə irimiqyaslı layihələr həyata keçirən IDEA İctimai Birliyi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2011-ci il iyulun 12-də fəaliyyətə başlayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“
19.04.2019
Almaniyanın Siegen Universitetinin müəllim və tələbə heyəti “Ulduz” Şokolad Fabrikində
19.04.2019
DGK əsassız ittihamlara söykənən etirazların əks olunduğu video ilə bağlı məlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info