ƏƏSMN daha 100 nəfər əlilliyi olan şəxsi istirahət mərkəzinə yola salınıb
Tarix: 05.06.2017 | Saat: 15:11:00 | E-mail | Çapa göndər


Artıq 400 nəfərə yaxın əlilliyi olan şəxsin istirahətə göndərilməsi təmin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin ölkəmizin səfalı guşələrində istirahətinin təşkili işlərinin davamı kimi, bu təbəqədən olan 100 nəfər vətəndaş Lənkəran rayonunda yerləşən istirahət mərkəzinə yola salınıb.
Həmin insanların yola salınması zamanı vurğulanıb ki, bu tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2017-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq təşkil olunur. Nazirlik cari ilin yaz-yay mövsümündə 1100 nəfərdən çox əlilliyi olan şəxsi istirahət mərkəzlərinə göndərməyi planlaşdırıb. Onlardan artıq 400 nəfərə yaxın əlilliyi olan şəxsin Lənkəran və Xaçmaz rayonlarındakı istirahət mərkəzlərinə göndərilməsi təmin olunub. Qalan şəxslər də mövsüm ərzində yola salınacaqlar. 
Əlilliyi olan şəxslərin həmin mərkəzlərdə istirahət etmələri üçün lazımi şərait yaradılıb. Göndərilən insanlar da istirahət müddətini başa vurub qayıtdıqdan sonra onlara göstərilən xidmətlərdən məmnunluqlarını ifadə edirlər. Əlilliyi olan şəxslərin istirahət mərkəzlərinə aparılması və müəyyən olunmuş müddətdən sonra geri qaytarılması üçün nəqliyyat vasitəsi də ayrılıb.
İstirahətə yola salınan əlilliyi olan şəxslər belə bir tədbirin təşkil olunmasından, ümumən sosial cəhətdən həssas əhali qruplarına cəmiyyətin digər üzvləri ilə bərabər imkanlar yaradılması üçün aparılan işlərdən razı qaldıqlarını vurğulayıblar. Onlar bütün sahələrdə dövlət qayğısı ilə əhatə olunduqlarına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Sahil Babayev canlı efirdə 36 vətəndaşın müraciətini cavablandırıb
22.02.2019
“Prezidentin Əfqanıstan müharibəsi veteranlarına və bu müharibədə həlak olanların ailələrinə qayğısı davamlıdır”
22.02.2019
“AZƏRSUN HOLDİNQ“ İnsan Resursları üzrə mütəxəssis axtarır
22.02.2019
Bu il Bakının 4 rayonunda “DOST” mərkəzləri yaradılacaq
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info