Binəqədidə “Dünya bizim dünyadır” adlı tədbir keçirilib
Tarix: 02.06.2017 | Saat: 20:42:00 | E-mail | Çapa göndər


01 iyun tarixində Binəqədi rayonu, Heydər Əliyev adına istirahət parkında Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, M.Ə.Rəsulzadə bələdiyyəsinin İctimai-humanitar sektorunun, Binəqədi Rayon Gənclər və İdman idarəsinin və “Azline” Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “ iyun Uşaqların müdafiəsi günü” münasibəti ilə “Dünya bizim dünyadır” adlı tədbir keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, “Azline” Tədris Mərkəzinin direktoru Anar Zərbiyev, rayon sakinləri və balacalar iştirak etdilər.
Tədbirdə çıxış edən M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə uşaqları təbrik edərək qeyd edib ki, Azərbaycan uşaqlarına qayğı hər zaman diqqət mərkəzindədir. Ulu öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Ölkəmizdə indi də uşaqlara qayğı ildən-ilə artır. Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi də bu sahəyə diqqətdən xəbər verir.
Uşaqlara qayğı Heydər Əliyev Fondunun da əsas prioritetlərindən biridir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva nəcib missiyası ilə bütün Azərbaycan uşaqlarının ən böyük dostu və ən böyük himayədarıdır.
Daha sonra çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, “Azline” Tədris Mərkəzinin direktoru Anar Zərbiyev ən xoş arzularını bildirərək, uşaqları təbrik ediblər, qeyd olunub ki, uşaqlar, Azərbaycanın bugünkü gəncləri Azərbaycanın gələcəkdə dəyərli, layiqli vətəndaşları olacaqlar, müstəqil Azərbaycanı qoruyacaqlar, inkişaf etdirəcəklər, irəliyə aparacaqlar və yüksəklərə qaldıracaqlar.
Sonra uşaqların ifasında nağıl qəhrəmanları canlandırılaraq müxtəlif kompozisiyalar, şeir, musiqi və rəqslər nümayiş olunub.Təqdim olunan kompozisiyalar insanlar tərəfindən xoş qarşılanıb. Tədbirin sonunda Binəqədi rayonunun istedadlı gənc sakini mahnı ifa edib, klounlar uşaqları əyləndirib.


Fuad




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info