“Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlıq formatı öz töhfəsini verir”
Tarix: 05.06.2017 | Saat: 15:44:00 | E-mail | Çapa göndər


"Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlıq formatı öz töhfəsini verir. Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan,Bakı-Tbilisi-Qars layihələri bu əməkdaşlığa misaldır".  
 
Bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov deyib. O qeyd edib ki, əməkdaşlığın böyük perspektivləri var və bunu davam etdirmək lazımdır.
 
“Azərbaycan-Rusiya-İran arasında iki il əvvəl yaradılmış Cənub-Şimal dəhlizi ilə bağlı əməkdaşlıq formatının da böyük gələcəyi var. Bu formatlar milli ,iqtisadi, siyasi maraqlar üst-üstə düşdüyü üçün səmərəli olur. Azərbaycan beynəlxalq aləmdə öz mövqeyindədir” - deyə, N. Məmmədov bildirib.
 
Şöbə müdirinin sözlərinə görə, Türkiyənin NATO-nun üzvü olması, Gürcüstanın Avropa İttifaqı ilə assosiativ saziş imzalaması bu əməkdaşlığı inkişaf etdirməyə mane olmur:
 
“Əksinə regionda təhlükəsizliyə, sabitliyə, davamlı inkişafa öz töhfəsini verir və digər ölkələrə qarşı deyil. Cənub Qafqaz regionunun əhəmiyyətli olduğu məlumdur. Sabitlik, təhlükəsizlik və davamlı inkişaf bu regiona daha çox lazımdır. Üçtərəfli əməkdaşlıq bir regionda yerləşən ölkələr üçün çox vacibdir. Ermənistanın ortaya qoyduğu ərazi iddiaları, geosiyasi iddialar bu ölkəni əməkdaşlıq imkanından məhrum edir. Dünyada bəzi məsələlərlə bağlı bəzi ölkələrə qarşı sanksiyalar tətbiq olunur. Nə üçünsə Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ məsələsində ədalətli mövqenin ortaya qoyulması çətin olur. Dünyanın indiki vəziyyətə gəlməsinə səbəb Varşava müqaviləsindən sonra özünü lider hesab edən tərəflərin ədalət prinsipini qoruyub saxlaya bilməməsidir. Beynəlxalq münasibətlərdə ədalət yoxdursa başqa, dəyərlərdən danışmaq normal görünmür”. 
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib
14.11.2018
Savelyev: “Rusiya ilə Azərbaycanın münasibətləri bu potensialın reallaşdırılmasının parlaq nümunəsidir”
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info