“Müasir Dövlət Qulluğu: yeni paradiqmalar, innovasiyalar və təcrübələr”
Tarix: 05.06.2017 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


Bakıda dövlət qulluğunda cari vəziyyəti müzakirə, bu sahədə təcrübənin və ən yaxşı modellərin mübadilə etmək məqsədilə beynəlxalq konfrans təşkil edilib.
BMT-nin Bakı nümayəndəliyindən verilən məlumata görə, konfransın işində Prezident Administrasiyası, Nazirlər Kabineti, 12 nazirlik, 3 Dövlət xidməti, 3 Dövlət komitəsi, Heydər Əliyev Fondu, Məhkəmə-hüquq orqanları, 40-a yaxın rayon icra hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Konfrans Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramı (BMTİP), Avropa İttifaqı (Aİ) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası tərəfindən birgə təşkil edilib.
Dövlət xidmətlərinin təkmilləşdirilməsi və mövcud beynəlxalq təcrübələr, təlim təsisatlarının münasib strategiya və qaydalarının inkişafında rolu, eləcə də Dayanıqlı İnkişaf Məqsədlərinin dövlət qulluğuna qlobal təsiri kimi mövzularını əhatə edəcək iki-günlük konfrans “Müasir Dövlət Qulluğu: yeni paradiqmalar, innovasiyalar və təcrübələr” adı altında keçirilib.
Tədbiri açıq elan edən Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov ölkədə dövlət qulluğu sistemində əldə edilən inkişaf barədə iştirakçıları məlumatlandırıb: “Konfrans və birgə layihə çərçivəsində həyata keçirilən tədbirlər Dayanıqlı İnkişaf Məqsədlərinin hədəflərinə uyğun gəlir və Azərbaycanda səmərəli dövlət qulluğu institutunun formalaşmasına yardım edəcək”.
Çıxışında BMT Rezident Əlaqələndiricisi və BMTİP Rezident Nümayəndəsi Qulam M.İshaqzai Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmasında dövlət qulluqçularının mühüm rolun vurğulayıb: “Dövlət qulluğu ölkədə qürur və fəxr mənbəyi olmalıdır. Texniki cəhətdən səmərəli və effektiv, eləcə də geniş əhali təbəqələrinin ehtiyaclarına cavab verən siyasətlərin hazırlanmasında peşəkar dövlət qulluqçuları əsas rol oynayır".
Bu konfrans Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Dövlət İdarəçilik Akademiyası ilə birgə həyata keçirilən “Azərbaycan Respublikasında Dövlət Qulluğu Təlimlərinə Dəstək” adlı BMTİP layihəsinin bağlanış tədbiri idi.
Layihə çərçivəsində dövlət qulluqçularının təliminin əlaqələndirilməsində, eləcə də dövlət orqanları və digər təlim mərkəzlərinə metodoloji yardımın təmin edilməsində mühüm rol oynayacaq təlim mərkəzi yaradılıb və təchiz edilib.
Layihə həmçinin, dövlət qulluqçuları üçün yeni tədris metodlarının təqdimatına və təkmilləşdirilməsinə aid bir sıra hədəflərə nail ola bilib. Həmçinin, 30-dan çox təlim modulları hazırlanıb, Dövlət İdarəçilik Akademiyasının təlimçilərinə təqdim edilib, Akademiyada yerləşən Təlim Mərkəzlərinin binaları tam təchiz edilib, müvafiq tematik sahələr üzrə 200-dən çox kitab və nəşrdən ibarət Kitabxana və Resurs Mərkəzi təsis edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur
20.03.2019
Gənclər Aprel şəhidlərinin ailələrini ziyarət ediblər
19.03.2019
Bayram günlərində əhali fasiləsiz nəqliyyat və rabitə xidmətlərilə təmin ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
4 Yuliya Naçalova vəfat edib
5 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info