“Qazaxıstan” teleradio şirkəti Azərbaycan telekanalları ilə əməkdaşlıq etmək niyyətindədir
Tarix: 05.06.2017 | Saat: 16:26:00 | E-mail | Çapa göndər


Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov “Qazaxıstan” Teleradio Şirkətinin yeni təyin olunan rəhbəri Yerlan Karinlə görüşüb. Diplomat Yerlan Karini məsul vəzifəyə təyin olunması münasibətilə təbrik edib, bu təyinatın qardaş ölkədə sözügedən sahənin inkişafına müsbət təsir edəcəyinə dair əminliyini bildirib.
Səfir vurğulayıb ki, Azərbaycanda Y.Karini əvvəllər işlədiyi vəzifələrdə həmişə dövlətlərimiz arasında münasibətlərin inkişafı və möhkəmləndirilməsinə töhfələr verən şəxs kimi tanıyırlar.
Rəşad Məmmədov cari ildə Qazaxıstanda “Ekspo-2017” sərgisinin və Azərbaycanda Formula-1 kimi böyükmiqyaslı yarışın keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib, “Qazaxıstan” telekanalının ölkəmizin telekanalları ilə əməkdaşlığının genişləndirilməsini təklif edib. Bu çərçivədə qarşı tərəfdən qeyd olunan tədbirlərin geniş işıqlandırılması, xalqlarımızın adət-ənənələri və mədəniyyəti barədə silsilə verilişlərin hazırlanmasının mümkünlüyünün nəzərdən keçirilməsi xahiş edilib.
Y.Karin xoş sözlərə görə səfir Rəşad Məmmədova təşəkkür edərək təmsil etdiyi qurumun Azərbaycan teleradio şirkətləri ilə faydalı münasibətlərin qurulmasında maraqlı olduğunu qeyd edib. O, iyunda ortalarında ölkəmizə gələrək telekanallarımızla əməkdaşlıq barədə Memorandum imzalamağa hazır olduğunu vurğulayıb. Yerlan Karin bildirib ki, bir müddət əvvəl rəhbərlik etdiyi qurum oxşar Memorandumu Qırğızıstan telekanalları ilə imzalayıb və bu da informasiya sahəsində daha sıx münasibətlərin yaradılmasına şərait yaradıb. O, bu yaxınlarda Azərbaycana səfər edəcəyini, iki qardaş xalqı birləşdirən dəyərlərdən, tariximizdən və mədəniyyətimizdən bəhs edən silsilə reportajların hazırlanacağını bildirib.
Səfir Rəşad Məmmədov bu ideyanı dəstəkləyərək sözügedən Memorandumun imzalanmasının iki ölkə KİV-ləri arasında əməkdaşlığın genişləndirilməsinə böyük töhfə verəcəyinə əminliyini ifadə edib.
Görüş zamanı Ermənistan tərəfindən Azərbaycanın 20 faiz ərazilərinin işğal edilməsi, xarici ölkə KİV-lərdə qondarma “Dağlıq Qarabağ” separatçı rejiminin təbliğ edilməsi cəhdləri, rəsmi Bakının qadağalarına zidd olaraq əcnəbi jurnalistlər üçün işğal olunmuş torpaqlarımıza səfərlərin təşkil edilməsi məsələləri barədə ətraflı məlumat verilib.
Y.Karin KİV-lərdə təcavüzkar separatizmin təbliğ edilməsinin yolverilməz olduğunu birmənalı olaraq bildirib, rəhbərlik etdiyi telekanalda bu məsələyə xüsusi diqqətlə yanaşıldığını vurğulayıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib
15.02.2019
Алексей Ретеюм: “Дизайн Баку поражает. Москве есть чему поучиться“
15.02.2019
Masallıda təqdimat: “Bizim tanıdığımız Elmira...”
15.02.2019
Masallıda “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa müsabiqəsi keçirilib
15.02.2019
Səfir: “Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasını bütün dünya etiraf edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10597

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info