Dünyanın 7 ölkəsində ödənişsiz təhsil almaq istəyənlərə şad xəbər
Tarix: 05.06.2017 | Saat: 16:28:00 | E-mail | Çapa göndər


Xaricdə ödənişsiz təhsil almaq istəyənlər üçün Azərbaycan-Kipr Dostluq Cəmiyyəti (AKDC) yeni imkanlar açır. Bunun üçün AKDC dünyanın 7 ölkəsində fəaliyyət göstərən və əsas tədris mərkəzi Şimali Kipr Türk Cümhuriyyətində yerləşən Girne American Universiteti (GAU) ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, təqaüd imtahanında uğurlu nəticə əldə edən abituriyentlər bakalavr, magisturatura pilləsində təhsillərini davam etdirmək arzusunda olan tələbələr isə ödənişsiz təhsil almaq imkanı qazanacaqlar. Dünyanın 7 ölkəsində təhsil almaq istəyən abituriyent və tələbələr 5 avqust 2017-ci ildə Bakı şəhərində imtahan verəcəklər. İmtahan ingilis və türk dillərində keçiriləcək. AKDC və GAU ilk olaraq bakalavr təhsili üçün 30, magistr pilləsi üçün isə 15 tələbəyə təhsil haqqından tam azad olma hüququ verəcək. Bundan başqa, 15 tələbəyə isə təhsil haqqından 75 faiz güzəşt olunacaq. Azərbaycanda Hədəf kurslarının dəstəyi ilə baş tutacaq imtahanlar GAU-nın əməkdaşları tərəfindən 5 avqust 2017-ci il, saat 11:00-da Hədəf kurslarının Azadlıq filialında keçiriləcək. Bu imtahanlarda uğurlu nəticə əldə edənlər bir il GAU Şimali Kipr kampusunda təhsil aldıqdan sonra GAU-nın Amerika, İngiltərə, Şri-Lanka, Moldova və s. tədris mərkəzlərində də təhsil alma imkanı əldə edə biləcəklər. Məlumat üçün bildirək ki, Girne American Universiteti artıq 35 ildən artıqdır ki, fəaliyyət göstərir. 3 fərqli qitədə 7 universitetə sahib olan GAU, eyni zamanda ən reytinqli universitetlərdən biridir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info