“Bölgədə sülh və təhlükəsizlik üçün Azərbaycan və Gürcüstanı dəstəkləməyə davam edirik”
Tarix: 05.06.2017 | Saat: 16:34:00 | E-mail | Çapa göndər


“Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlıq formatı ölkələr arasında siyasi, iqtisadi və ictimai həmrəyliyə təkan verməyə davam edəcək”.
 
Bu sözləri “Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli münasibətləri: gələcəyə baxış” beynəlxalq konfransında çıxışı zamanı Türkiyə XİN yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Məsut Özcan deyib. O bildirib ki, bu formatla yanaşı, Türkiyə, Azərbaycan, İran, Türkmənistan arasındakı əməkdaşlıq formatları bölgədə təhlükəsizlik və iqtisadi əməkdaşlıq ehtiyacını ciddi şəkildə həll etməyə çalışır: "Bu formatlarla paralel, akademik və cəmiyyət səviyyəsində də təmaslar gerçəkləşir. Türkiyə həm Azərbaycan, həm də Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyərək bu problemlərin beynəlxalq hüquq çərçivəsində həlli üçün hər cür səy göstərir. Təəssüf ki, ötən ilin aprelində Dağlıq Qarabağda istənilməyən hadisələr baş verdi. Atəşkəsin pozulması mənfi nəticələrə gətirib çıxardı. Sonradan atəşkəsin bərpası və üçtərəfli görüşlərin keçirilməsinə baxmayaraq, bunun sülh və təhlükəsizliyin bərqərar olmasına yol açmadığını görürük. Bölgədə sülh və təhlükəsizliyin təminatı baxımından beynəlxalq platformada Azərbaycan və Gürcüstanı dəstəkləməyə davam edirik”.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info