Serbiyanın Belqrad Etnoqrafiya Muzeyində“Əvəzolunmayan dəyərlər” sərgisi
Tarix: 05.06.2017 | Saat: 17:16:00 | E-mail | Çapa göndər


Azərbaycan və Serbiya Respublikaları arasında ictimai-siyasi əlaqələri olduğu kimi mədəniyyət sahəsində də geniş işbirliyi var. Azərbaycan Xalça Muzeyi ilə Belqrad Etnoqrafiya Muzeyi arasında muzey işinin inkişafı və mədəni irsin qorunması sahəsində beş illik əməkdaşlıq memorandum imzalanıb. Bu memoranduma əsasən 2016-cı ilin oktyabr ayında Azərbaycan Xalça Muzeyində Belqrad Etnoqrafiya Muzeyinin ecazkar eksponatlarından ibarət Pirot kilimlərindən ibarət sərgi keçirilmişdir.
Həmin əməkdaşlığın davamı olaraq, 1 iyun 2017-ci il tarixində Serbiyanın Belqrad Etnoqrafiya Muzeyində “Əvəzolunmayan dəyərlər” adlı sərginin açılış mərasimi keçirildi. Sərgi bu il Azərbaycan Xalça Muzeyinin 50 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində təşkil olunub. Sərginin kuratoru Azərbaycan Xalça Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova, sərginin dizayneri isə tanınmış avstriyalı memar Kristian Şturmingerdir.
Açılış mərasimində Serbiya Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin, digər dövlət qurumlarının, Serbiya ictimaiyyətinin və diplomatik korpusun nümayəndələri, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi və üzvləri, Serbiyada yaşayan, çalışan və təhsil alan azərbaycanlılar və KİV nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Belqrad Etnoqrafiya Muzeyinin direktoru xanım Miryana Menkoviç, Azərbaycan Xalça Muzeyinin direktoru xanım Şirin Məlikova, Azərbaycanın Serbiyadakı Mədəniyyət Mərkəzinin direktoru xanım Zərifə Əlizadə, Serbiya Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin nümayəndəsi Azərbaycan-Serbiya mədəni əməkdaşlığından bəhs edərək, Serbiyanın Pirot kilimlərinin ötən il Bakıda, Azərbaycanın xalça muzeyinin eksponatlarının isə bu il Belqradda nümayiş etdirilməsinin bu əməkdaşlığa töhvə verdiyini, xalqlarımızın yaxınlaşmasına və mədəniyyətlərimizdə olan oxşarlıq və fərqliliklərlə tanış olmasına xidmət etdiyini bildirmişlər.
47 ədəd eksponatdan ibarət “Əvəzolunmayan dəyərlər” sərgisində XIX-XX əsrlərə aid xovsuz və xovlu xalçalar, xalça məmulatları, görkəmli xalçaçı-rəssam, xalça elminin və Azərbaycan Xalça Muzeyinin banisi Lətif Kərimovun müəllif xalçaları, eyni zamanda XIX əsrə aid misgərlik, bədii tikmə və milli geyim nümunələri də təqdim olunur. Üç vitrin üzrə nümayiş olunan xalçaların əhalinin müxtəlif təbəqələrinin həyatındakı gündəlik rolu və mənəvi estetik aspekti tərənnüm edilir.
Tədbir zamanı Azərbaycanın Serbiyadakı Səfirliyinin və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə serb və azərbaycanlı musiqiçilərin ifasında Azərbaycanın xalq mahnısı “Bu gün ayın üçüdür”, Tofiq Quliyevin “Sənə də qalmaz” və “Bax gəlib ilk bahar” mahnıları və Bayatı-Şiraz muğamı səsləndirilib.
İyul ayının 1-dək davam edəcək sərginin açılış mərasimi və zəngin mədəniyyətimizin incisi olan qədim xalça nümunələrimiz serb ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb. Tədbir Serbiya KİV-də işıqlandırılıb.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info