BANM-in komandasının “Microsoft Imagine Cup” yarışında uğuru
Tarix: 05.06.2017 | Saat: 17:19:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrdən ibarət «Neftçi» komandası Kiyevdə (Ukrayna) keçirilən “Microsoft Imagine Cup 2017” beynəlxalq texnologiya müsabiqəsinin regional mərhələsində 2-ci yeri qazanıb.
“Neftçi” komandasının tərkibində çıxış edən BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələri Kərim Kərimov, Şamil Ömərov və Neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Lalə Məmmədova “Microsoft Imagine Cup 2017” üçün JABDA musiqi manipulyatoru sistemini hazırlayıblar. Bu innovativ proqramdan bir sıra sahələrdə faydalanmaq olar. JABDA-ın köməyi ilə bu sistemin quraşdırıldığı yerlərdə istifadəçilər tətbiqetməni yükləyərək, öz telefonlarından istədiyi mahnıları olduqları məkanın hazırkı musiqi siyahısına sala və ya digər mövcud mahnıya səs verərək onu siyahıda irəli çəkə bilərlər.
“Microsoft Imagine Cup 2017” münsiflər heyətinin üzvü Oleq Kudrenkonun sözlərinə görə, layihə böyük perspektivlər vəd edir. “Əgər layihə üzərində bir az daha işlənilsə, onun üçün böyük dünya bazarı açılacaq”, - O.Kudrenko deyib.
“Microsoft Imagine Cup 2017” beynəlxalq müsabiqəsinin regional mərhələsində Azərbaycan, Qazaxıstan, Gürcüstan, Ukrayna, Estoniya, Belarus və Litvanın 9 komanda üzrə təmsilçiləri iştirak ediblər. Üçüncü yerin qalibi Gürcüstan komandası olub. Son ümumdünya finalına vəsiqəni isə Belarus komandası qazanıb. “Microsoft Imagine Cup 2017” yarışının finalı bu ilin iyul ayında Sietlda (ABŞ) keçiriləcək. Bu mərhələdə iştirakçılar müsabiqənin əsas mükafatı - layihələrin inkişafı üçün 100 min ABŞ dolları uğrunda mübarizə aparmaq şansı əldə edə biləcək.
Məlumat üçün bildiririk ki, qalib Belarus komandası serebral iflicli uşaqlar üçün SCRAWLLESS adlı riyazi veb-portal hazırlayıb. Dünyada analoqu olmayan platformanın köməyi ilə, uşaqlar nəhayət ki, müstəqil olaraq riyaziyyatdan ev tapşırıqlarını yerinə yetirə biləcəklər. Bu proqram vasitəsi ilə uşaqlar müxtəlif həndəsi fiqurları çəkməyi və saymağı öyrənə bilirlər. Sayt artıq 100 uşaq arasında sınaqdan keçirilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info