Naxçıvan Dövlət Universitetinin tələbələri İğdır Universitetində olublar
Tarix: 05.06.2017 | Saat: 17:40:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov İncəsənət fakültəsinin tələbələri ilə birgə konsert proqramıyla çıxış etmək üçün Türkiyənin İğdır Universitetində təşkil olunan 2016-2017-ci tədris ili IX Məzuniyyət Proqramında iştirak ediblər. Türkiyə Cümhuriyyətinin İstiqlal Marşı ilə başlayan tədbirdə universiteti birinciliklə bitirən İğdır İlahiyyat fakültəsinin tələbəsi Bahar Çimən çıxış edərək bütün məzunları təbrik edib, onlara bundan sonrakı həyatlarında uğurlar, yüksək məslək sahibi kimi yetişmələrini arzulayıb. O, məzun olduğu İğdır Universiteti ilə fəxr etdiyini vurğulayıb və universitetin rektoruna, onlara dərs deyən müəllimlərə tələbələr adından, şəxsən öz adından minnətdarlığını bildirib.
Sonra universitetin rektoru prof.dr. Mehmet Hakkı Alman 1416 tələbənin məzun olduğu İğdır Universiteti məzunlarını, onların ailələrini, müəllimlərini təbrik edib. Bütün səhfliklərinin təməlinin gənclik dövründə qoyulduğunu diqqətə çatdıran rektor tələbələrə bu dövrün qiymətini lazımınca dəyərləndirməyi arzulayıb. Rektor tələbələrə həyatları boyu əngəlləri aşmaq yolunda dözümlü, mətin olmağı arzulayıb.
Sonra İğdır Valisi Ahmet Turgay Alpman qeyd edib ki, hər məzuniyyət günü bir son olmaqdan çox uzun və məşəqqətli yolun başlanğıcı deməkdir.Ulu öndərimizin gəncliyə xitabında qeyd olunduğu kimi siz –gənclər Türk İstiqlalını, Türk Cümhuriyyətini mühafizə və müdafiə edəcək və bunun işığında ölkəmizi çağdaş mədəniyyətlər səviyyəsinə daşıma nöqtəsində ən böyük silahımız olacaqsınız. Vali gözəl duyğu və düşüncələrlə məzuniyyətinin bütün tələbələr üçün xeyirli olmasını və bundan sonrakı həyatlarında uğurlar diləyib.
Sonra tədrisin bakalavr pilləsini uğurla başa vuran məzunlar İğdır Universitetinin rektoru, İğdır valisi və bir çox vəzifəli şəxslər tərəfindən diplomlarla təltif edilib.
Naxçıvan Dövlət Universitetin rektoru Saleh Məhərrəmov da qardaş ölkənin tələbələrinin mükafatlandırılmasında iştirak edib. Rektor İğdır universiteti ilə universitetimiz arasında əməkdaşlığın əhəmiyyətindən bəhs edib və tələbə-məzunlara bundan sonrakı elmi fəaliyyətlərində uğurlu yol arzulayıb.
İğdır universiteti 2016-2017-ci tədris ili Məzuniyyət Proqramı məzunların papaq atma mərasimi, xalq oyunları göstərisi, Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin təşkil etdiyi konsert proqramı ilə davam edib. Səadət Əliyeva NDU Mətbuat şöbəsinin əməkdaşı




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Ağsu dolayları qardan təmizlənsə də, gecə yollar buz bağlaya bilər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb
17.01.2019
Külək dayanacağın damını uçurub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info