“Azərbaycan, Gürcüstan və Türkiyə bir-birinə lazım olduqlarını anlayırlar”
Tarix: 05.06.2017 | Saat: 17:43:00 | E-mail | Çapa göndər


“Azərbaycan, Gürcüstan və Türkiyə bir-birinə lazım olduqlarını anlayırlar. Əməkdaşlığı gücləndirmək üçün üç ölkədə də istək var”.
 
Bu sözləri Bakıda keçirilən “Azərbaycan, Gürcüstan, Türkiyə üçtərəfli münasibətləri: gələcəyə baxış” adlı beynəlxalq konfransında çıxışı zamanı Gürcüstanın Avropa İttifaqı tədqiqatları mərkəzinin direktoru, Strateji və Beynəlxalq Tədqiqatlar Fondunun təmsilçisi Kaxa Qeqolaşvili deyib.
 
K. Qeqolaşvili bildirib ki, bölgənin hər üç ölkəsi ortaq siyasi tarixə malikdir: “Geosiyasi mövqeyimiz də bu bölgədə sülh və sabitliyi, xalqlarımızın rifahını təmin etmək üçün bizə imkan verir. Ölkələrdə siyasi dəyişikliklər heç bir halda əlaqələrə təsir etmir. Əlaqələrimizin keyfiyyəti çox yüksəkdir. Üçtərəfli əməkdaşlıq vacib məsələdir. İlk növbədə bu, ölkələrin narahatlıqlarını müzakirə etməyə təkan verir. Əməkdaşlıq ölkələrimiz və xalqlarımızın maraqlarına əsaslanır. Hər üç ölkə bir-birinin ərazi bütövlüyünü dəstəkləyir. Gürcüstan Avropa İttifaqı ilə assosiativ saziş imzalayıb. Türkiyənin Avropa İttifaqına üzvlüyü müzakirə olunur. Azərbaycan isə Aİ ilə yeni saziş üzrə danışıqlar aparır. Hər üç ölkə geniş mənada Avropa icmasının bir hissəsidir. Bizim bu sahədə də əməkdaşlığımız vacibdir. Biz avroatlantik inteqrasiyada bir-birimizi dəstəkləyirik. NATO-ya üzvlükdə Türkiyə Gürcüstanı dəstəkləyir. Biz inanırıq ki, bir gün NATO-nun üzvü olacağıq. Bu, tək Gürcüstan deyil, Azərbaycan üçün də çox vacibdir. Gürcüstan öz təhlükəsizliyi üçün böyük qarantiya alacaq. Bu, bütün regiona təsir göstərəcək”.  
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir
16.11.2018
Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi
16.11.2018
Türkiyədə daha bir Xocalı abidəsinin açılışı olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info