Qars Qafqaz Universitetindən nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub
Tarix: 05.06.2017 | Saat: 19:05:00 | E-mail | Çapa göndər


Türkiyə Respublikasının Qars Qafqaz Universitetindən nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub.Universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Elşən Məmmədov qonaqları salamlayaraq iki ali təhsil ocağı arasındakı əlaqələrin yüksələn xətlə inkişaf etdiyini deyib.
Universitetin Baytarlıq Təbabəti kafedrasının tələbələri üçün mühazirələr keçmək məqsədilə dəvət olunan professor-müəllim heyəti tədris prosesində qardaş ölkənin təcrübəsini bölüşüblər. Heyətin tərkibində Qars Qafqaz Universitetinin prorektoru, professor Mükremin ÖzkanArslan, Baytarlıq fakültəsinin dekanı Həsən Özən, fakültənin cərrahiyyə bölməsinin professoru İsa Özaydın, 7 müəllim və müxtəlif kurslardan 16 tələbə yer alıb. Məzmunlu və əhatəli mühazirələrlə çıxış edən müəllimlər tələbələri maraqlandıran sualları ətraflı cavablandırıblar.
Artıq biz bir-birimizdən bəhrələnən, təcrübəmizi, ənənələrimizi bölüşən universitetlər olmuşuq, - deyən Qars Qafqaz Universitetinin prorektoru 15 illik tarixi olan universitetlərarası əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.
Yekunda təcrübə mübadiləsinə dair proqramların gələcəkdə müxtəlif ixtisasları əhatə etməsinin əhəmiyyəti vurğulanıb. Qonaqlarla xatirə şəkli çəkdirilib.

Səadət ƏLİYEVA,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info