Tiflisdə “Multukulturalizm: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” kitabının təqdimatı keçirilib
Tarix: 05.06.2017 | Saat: 19:48:00 | E-mail | Çapa göndər


Tiflisdə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində gürcü dilində nəşr olunan və  Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü, hüquq elmləri doktoru Şirxan Adıgözəlovun müəllif olduğu “Multukulturalizm: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” adlı kitabın təqdimatı keçirilib.
 Kitabın elmi redaktoru Milli Məclisin üzvü, siyasi elmlər doktoru, professor Elman Nəsirov, rəyçilər Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov, Milli Məclis sədrinin birinci müavini  Ziyafət Əsgərov,  Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, ART Paralel TV-nin rəhbəri Tengiz Txilavadır.
 
Muzeyin direktoru Leyla Əliyeva açaraq ilk dəfə olaraq Gürcüstanda multikulturalizmdən bəhs edən kitabın təqdimatının keçirildiyini bildirib. Marneuli rayon icra hakimiyyətinin başçısı Merab Topçişvili çıxışında azərbaycanlıların kompakt yaşadığı Marneulidə azərbaycanlıların və gürcülərin birlikdə multukulturalizmi həyata keçirdiklərini bildirib. Onun sözlərinə görə, əsrlərlə birgə yaşayan hər iki xalq öz adət-ənənələrini yaşadır və bayramlarda və tədbirlərdə bir-birinə qonaq gedir, mehriban və sülh içində yaşayırlar. Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Azərbaycan-Gürcüstan xalqları arasında dostluğun qorunub saxlanılmasında əvəzsiz xidmətlərinə görə  Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin diplomunu professor, kitabın elmi redaktoru Elman Nəsirova və kitab müəllifi Şixan Adıgözəlova muzeyin diplomunu təqdim edib.
 
Tədbirdə Azərbaycan Prezidenti yanında Siyasi Araşdırmalar İnstitutunun direktoru, millət vəkili,  kitabın elmi redaktoru, professor Elman Nəsirov, kitabın müəllifi Şirxan Adıgözəlov,  Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev, kitabın rəyçilərindən olan  ART Paralel TV-nin rəhbəri Tengiz Txilava, “Gürcüstan” qəzetinin redaktoru İslam Əliyev, Həkimlər Liqasının sədri Qiya Salakveridze və başqaları çıxış ediblər. Multikulturalizm  mövzusunun aktual olduğunu vurğulayan çıxışçılar  bildiriblər ki, kitabda Azərbaycan kontekstində dövlətimizin həyata keçirdiyi siyasətin geniş təhlil aparılıb, Azərbaycan və Qərb arasında multikulturalizmin fərqinə toxunulub, multikulturalizmin Azərbaycanda dövlət siyasəti olduğu nəzərə çatdırılıb. Qeyd olunub ki, multikulturalizm ənənələrindən bəhs edən yeni kitab Azərbaycan nümunəsi kimi gürcü oxucusu tərəfindən yüksək qiymətləndirilib və hazırda multikulturalizm həyatın bir hissəsinə çevrilib.
Sonra tədbirdə E. Nəsirov rəhbərlik etdiyi Siyasi Araşdırmalar İnstitutunun adından səfir D. Həsənovu, muzeyin direktoru Leyla Əliyevanı, “Gürcüstan” qəzetinin redaktoru İslam Əliyevi, kinorejissor Tengiz Txilavanı diplom ilə təltif edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info