“Ermənistanda heç kim kitab oxumur”
Tarix: 24.04.2013 | Saat: 23:05:00 | E-mail | Çapa göndər


“Eter” nəşri: “Kitab oxumaq məsələsinə görə Ermənstan heç vaxt SSRİ-də ön sıralarda dayanan respublika olmayıb”

“İrəvan şəhər meriyası kitab mağazalarının ləğv edilməsinə qərar verib. Həmin mağazaların yerləşdiyi ərazi şirniyyat satan xarici şirkət tərəfindən alınıb. Onda ortaya belə bir sual çıxır-nəyə əsasən, İrəvan 12-ci ümumdünya kitab paytaxtı olub?”

Ermənistanın «Eter» nəşrində bu ölkədə cəmiyyətin deqradasiyaya uğraması ilə bağlı yazı dərc edilib. Həmin yazıda konkret faktlarla Ermənistan cəmiyyətinin təhsildən, kitab oxumaqdan vaz keçdiyi qeyd edilir.
Yazıda vurğulanır ki, Ermənistanda kitab oxuyanların sayı o qədər azalıb ki, onlar da oxumayan çoxluğun içində itib-batmaqdadırlar: «Kitab oxuyan azlıq Ermənistan cəmiyyətində sürətlə yoxa çıxmaqdadır. Cəmiyyətdə olan mənəvi faciəni qeyd etmək lazımdır. Cəmiyyətin mənəviyyatının əsas göstəricilərindən biri kitab oxumaqla bağlıdır. Keçmiş SSRİ dünyada ən çox kitab oxunan ölkələrdən biri idi. Biz də həmin dövlətin tərkib hissəsini təşkil etdiyimizdən çox oxuyanlardan sayılırdıq. Əvvəla, çox oxumaq məsələsi ümumi sovet ölkəsinə şamil edildiyindən biz də onun içində gedirdik. Amma faktiki olaraq kitab oxumaq məsələsinə görə Ermənistan heç vaxt SSRİ-də ön sıralarda dayanan respublika olmayıb. Ümumiyyətlə, postsovet məkanı ölkələrində kitab oxuyan insanların sayı azalıb. Sovet illərində az oxuyan ölkələrdə isə indi vəziyyət daha bərbaddır. Rusiyada da kitab oxuyanların sayı azalıb. Amma sovet illərində olduğu kimi indi Moskva metrosunda kitab oxuyanlara tez-tez rast gəlmək olur. Bəs İrəvan metrosunda sonuncu dəfə əlində kitab olan şəxsi nə vaxt görmüsünüz? Heç kim xatırlamır. Bəzi statistik məlumatları diqqətə çatdırmaq istəyirik. Təbii ki, Rusiyanın məlumatlarını təqdim edəcəyik. Çünki Ermənistanda ancaq siyasilərin reytinqi ilə bağlı statistika açıqlanır. O da həmişə yalan olur. Həmin statistikaya görə, Rusiyada son 3 ayda hər 4 nəfərdən biri kitab alıb. Onlar təəssüf edirlər ki, əhalinin sadəcə 25 faizi sistemli şəkildə kitab alır. Orta statistik göstəricilərə görə, ruslar 3 ay ərzində 4,32 kitab oxuyur. Yenə də qeyd edək ki, Ermənistanda kitab oxumaqla bağlı heç bir statistika yoxdur. Ermənistan vətəndaşı kitabı 3 ayda, ildə, bəlkə də on ildə bir oxuyur. Ermənistanda kiminsə əlində kitabı sonuncu dəfə nə vaxt görmüsünüz? ABŞ-da, ümumiyyətlə Qərbdə kitabı Rusiyadan daha çox oxuyurlar. Bu gün Ermənistan paytaxtında bir neçə kitab mağazası fəaliyyət göstərir ki, bu mağazalar da kitab satışının hesabına yox, digər dəftərxana məhsullarının satışı hesabına yaşayırlar. Kitab mağazasına və orada satılan kitablara cəmiyyətdə heç bir maraq yoxdur. Kitaba olan faciəli münasibətin fonunda İrəvan şəhər meriyası kitab mağazalarının ləğv edilməsinə qərar verib. Məsələ ondadır ki, həmin mağazaların yerləşdiyi ərazi şirniyyat satan xarici şirkət tərəfindən alınıb. Onda ortaya belə bir sual çıxır-nəyə əsasən İrəvan 12-ci ümumdünya kitab paytaxtı olub? Bu titul uğrunda Britaniya, Çin və Ermənistan mübarizə aparırdı. Sonda qələbəni bizim ölkə qazandı. Bu qələbəni nəyə əsasən, qazandığımızın səbəbini mən də bilmirəm. Yəqin ki, bizim vətəndaşlarımız kitabı gizli şəkildə oxuyurlar. Təşkilatçılar isə bundan xəbər tuta biliblər».
ANAR




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib
19.03.2019
Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır
18.03.2019
Naxçıvanda Çanaqqala zəfərinin ildönümü qeyd olunub
18.03.2019
Ermənistan Rusiya ilə razılıq əldə edə bilmədi
14.03.2019
Ermənistan müdafiə nazirinin müavini və iki vitse-qubernator vəzifələrindən azad edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info