“Centreline”: “İşğal edilmiş Azərbaycan ərazilərindəki tarixi və dini abidələr, məscidlər dağıdılıb”
Tarix: 05.06.2017 | Saat: 20:41:00 | E-mail | Çapa göndər


Pakistanın “Centreline” diplomatik jurnalının iyun buraxılışında və jurnalın internet portalında, həmçinin dnanews.com.pk saytında Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadənin müsahibəsi dərc olunub.
Müsahibədə Pakistan ilə əlaqələrə dair fikirlərini bölüşən səfir Əli Əlizadə Azərbaycanın və Pakistanın qardaş ölkələr olduğunu vurğulayıb və iki ölkə arasındakı münasibətlərin qarşılıqlı inam, etimad və hörmətə əsaslandığını qeyd edib. Ölkələrimizin hər zaman bir-birinin sevinc və kədərlərini bölüşdüklərini bildirən səfir deyib: “Hər iki ölkənin rəhbərləri əlaqələrə böyük əhəmiyyət verir və hazırda əməkdaşlığımız yüksək səviyyədədir”.
Azərbaycanda bu ilin “İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı suala cavab verən səfir ölkəmizin sivilizasiyalararası və dinlərarası dialoqun mərkəzinə çevrildiyini, eyni zamanda, iqtisadi və mədəni körpü rolunu oynadığını diqqətə çatdırıb.
İslam dininin hər zaman sülhü, tolerantlığı, insani dəyərləri təşviq etdiyini və ümumdünya sivilizasiyasına önəmli töhfələr verdiyini bildirən Əli Əlizadə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2017-ci ilin ölkədə “İslam Həmrəyliyi İli” elan edilməsinin əsas məqsədinin İslam dünyasında birliyi möhkəmləndirmək və İslam dinini dünyaya sülh dini kimi təbliğ etmək olduğu diqqətə çatdırıb.
Heydər Əliyev Fondunun Pakistandakı fəaliyyəti haqqında danışam Əli Əlizadə Fondun Pakistanda fəaliyyətinin 2005-ci ildən başladığını bildirərək deyib: “Bu il Pakistanda baş vermiş güclü zəlzələdən sonra Fondun prezidenti Mehriban Əliyeva Müzəffərabad şəhərində dağılan məktəbin yerində qızlar üçün yeni məktəbin inşası təşəbbüsünü irəli sürüb. Hazırda Fond məktəbi mütəmadi olaraq lazımi ləvazimatlarla təmin edir. Bundan başqa, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Pakistanın bütün əyalətlərində həyata keçirilən sağlamlıq, təhsil, humanitar yönümlü layihələrin əsas təşəbbüskarı kimi çıxış edir. Onun bu fəaliyyəti sözsüz ki, iki ölkə arasındakı münasibətlərin daha da dərinləşməsinə öz töhfəsini verir”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini bölüşən Əli Əlizadə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ və ona bitişik olan yeddi rayonun işğal edildiyini diqqətə çatdırıb. Bu isə ərazimizin 20 faizidir. Münaqişə nəticəsində bir milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib.
Azərbaycanlılara qarşı törədilən Xocalı soyqırımı barədə məlumat verən səfir qeyd edib ki, işğal edilmiş ərazilərdəki tarixi və dini abidələr, o cümlədən məscidlər dağıdılıb. Bütün beynəlxalq təşkilatların Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Müsahibədə Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanı müstəqil dövlət kimi tanımayan və onunla diplomatik münasibətlər qurmayan Pakistana minnətdarlıq ifadə edilib. Bildirilib ki, Azərbaycan hökuməti və xalqı bunu yüksək qiymətləndirir.
İslam Əməkdaşlıq Təşkilatının Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərdiyi səylərlə bağlı suala cavab verən səfir qurumun Ermənistanı təcavüzkar dövlət kimi tanıyan ilk beynəlxalq təşkilat olduğunu vurğulayıb. Diplomat İƏT-in daim mədəni irsin və İslam abidələrinin dağıdılmasını, demoqrafik vəziyyətin zorla dəyişdirilməsini, işğal edilmiş ərazilərdə aparılan qeyri-qanuni fəaliyyəti pislədiyini və quruma üzv ölkələri öz fiziki və hüquqi şəxslərinin həmin fəaliyyətə cəlb olunmasının qarşısını almağa çağırdığını diqqətə çatdırıb.
Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı hökumətin əldə etdiyi nailiyyətlərlə bağlı danışan Əli Əlizadə müstəqillik illərində hökumətin qarşısında duran əsas vəzifələrdən birinin liberal, güclü, rəqabətədavamlı və müasir iqtisadi sistem qurmaq olduğunu deyib. O, ölkə rəhbərliyinin səmərəli fəaliyyəti nəticəsində iqtisadiyyat sahəsində də strateji məqsədlərə nail olunduğunu bildirib. “İşsizlik və yoxsulluq kimi problemlər həll edilib, insanların həyat şəraiti yüksəlib. Neft və qaz hasilatından, satışından əldə edilən gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi turizm, kosmik sənaye, informasiya və kommunikasiya texnologiyaları, müdafiə sənayesi və digər sahələrdə canlanmaya və inkişafına səbəb olub”,- deyə səfir vurğulayıb
İkitərəfli əlaqələrin inkişafı ilə bağlı fikirlərini bölüşən diplomat ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsi üçün mədəni əlaqələrin də böyük əhəmiyyəti olduğunu və iki ölkə arasında bu əməkdaşlığı inkişaf etdirmək üçün sərgilərin, mədəniyyət və incəsənət proqramlarının təşkilinin faydalı olacağını qeyd edib.
Müdafiə və enerji sahələrindəki əməkdaşlıqla bağlı sualı cavablandıran səfir Pakistanın inkişaf etmiş müdafiə sənayesinə malik olduğunu və iki ölkə arasında bu sahədə birgə layihələrin həyata keçirilməsi və eyni zamanda, müasir müdafiə məhsullarının alınması ilə bağlı danışıqların davam etdiyini diqqətə çatdırıb. O, həmçinin Prezident İlham Əliyevin cari ildə Pakistana səfəri zamanı ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıqla bağlı Sazişin imzalandığını və artıq enerji sahəsində də əməkdaşlığa başlandığını bildirib.
Müsahibədə Əli Əlizadə bu il Azərbaycan-Pakistan diplomatik əlaqələrinin qurulmasının 25 illiyinin qeyd olunduğunu da xatırladıb və hər iki ölkənin rəhbərlərinin və xalqlarının səyi nəticəsində ötən 25 ildə münasibətlərin inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatdığını vurğulayaraq deyib: “Əminəm ki, ölkələrimiz arasında mövcud olan qardaşlıq və əməkdaşlıq münasibətləri gələcək illərdə daha da güclənəcək”.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info