“Star” media qrupu “SOCAR Media” İctimai Birliyinə satılıb
Tarix: 24.04.2013 | Saat: 23:08:00 | E-mail | Çapa göndər


Türkiyənin “Star” media qrupunun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) törəmə müəssisəsi olan “SOCAR Media” İctimai Birliyinə satılmasına dair razılıq əldə edilib.
Türkiyənin “Hürriyet” qəzetinin məlumatına görə, “Star” Media Qrupu ilə “SOCAR Media” İctimai Birliyi arasında uzun müddətdir davam edən danışıqlar satış barədə razılığın əldə olunması ilə yekunlaşıb. Türkiyədəki “Rixos” hotellərinin rəhbəri və “Star” media qrupunun ortağı olan Fəttah Tamince 10 gün əvvəl “SOCAR Media” İctimai Birliyi ilə danışıqlara başladıqlarını açıqlamışdı. Sövdələşmənin dəyəri haqda hələlik informasiya yoxdur. Qeyd edək ki, adı çəkilən media qrupu iş adamları Fəttah Tamince və Tevhit Karakayaya aid olub. Qrupun tərkibinə “Star” qəzeti və “Kanal-24” televiziyası daxildir. F.Tamince “Star”ın səhmlərini 2009-cu ildə iş adamı Ədhəm Sancaktan alıb. “Star” qəzeti 1999-cu ildə Uzan ailəsi tərəfindən təsis olunub. Uzan ailəsinin borcları ilə əlaqədar 2004-cü ildə dövlət tərəfindən müsadirə olunan qəzet 2006-cı ildə kiprli iş adamı Əli Özmən Safaya 8 milyon dollar qarşılığında satılıb.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info