Qala Muzeyində 5 iyun - Ümumdünya Ətraf Mühit günü qeyd edilib
Tarix: 05.06.2017 | Saat: 20:58:00 | E-mail | Çapa göndər


BMT-nin Azərbaycan nümayəndəliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və “İDEA” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 5 iyun - Ümumdünya Ətraf Mühit günü Qala Dövlət Tarix - Etnoqrafiya Muzeyində qeyd edilib. APA-nın xəbərinə görə, tədbirə BMT-nin Rezident Əlaqələndiricisi və BMTİP Rezident Nümayəndəsi Qulam İshaqzai və ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov da qatılıb.
Tədbirdə BMT İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin dəstəyi ilə 7-10 yaşlı uşaqlar arasında rəsm müsabiqəsi üçün çəkilmiş şəkillərdən ibarət sərgi təşkil edilib. Rəsm müsabiqəsinin mövzusu "Ətraf mühit və insan sağlamlığına məişət tullantılarının mənfi təsirlərini azaldaq" olub.
Q. İshaqzai bildirib ki, Ümumdünya Ətraf Mühit günü 1974-cü ildən qeyd olunur. O bildirib ki, bu il Ümumdünya Ətraf Mühit gününün mövzusu insanların təbiətə daha da yaxınlaşdırılması ilə bağlıdır.
Q. İshaqzai əlavə edib ki, uşaqlar təbii olaraq ətraf mühiti qorumağa meyllidirlər: "Uşaqlar ətraf mühitlə bağlı çox həssasdırlar. Onlar ağac əkmək, təmizlik işləri aparmaq, heyvanların qayğısına qalmaq üçün öz vaxtlarını və səylərini sərf etməyə hazırdırlar".
BMT Baş katibinin Ümumdünya Ətraf Mühit günü ilə bağlı bəyanatı səsləndirilib.
Nazir H. Bağırov təbiəti sevməyin zəruriliyini vurğulayıb. H. Bağırov təəssüflə bildirib ki, ölkədə şirlər qalmayıb: "Azərbaycanda sonuncu pələngi isə 1968-ci ildə görüblər".

Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
“Azərmarka” Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş müsabiqə elan edib
20.02.2019
Aqrar İnkişaf Könüllüləri aqrar jurnalistika ilə bağlı layihənin icrasına başlayıb
20.02.2019
Körpəyə vitamin vermək olar?
20.02.2019
“Cəmiyyətin səsi” layihəsinin I mərhələsi başa çatıb
20.02.2019
Min bir dərdin dərmanı - yaşıl çay

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info