Nəsimidə “Tullantıdan incəsənətə” adlı sərgi açılıb
Tarix: 05.06.2017 | Saat: 21:58:00 | E-mail | Çapa göndər


Təhsil Nazirliyinin Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin Təsviri Sənət qalereyasında “Tullantıdan incəsənətə” adlı rəsm sərgisi açılıb.
5 iyun - Ümumdünya Ətraf Mühit Günü münasibətilə təşkil olunan sərgidə Nəsimi rayon 44 nömrəli tam orta məktəbin şagirdlərinin əl işləri nümayiş olunub.
Tədbirdə Nəsimi rayon 44 nömrəli tam orta məktəbin direktoru Leyla Baxşıyeva çıxış edərək sərginin əhəmiyyətindən söz açıb. Sərginin təşkil edilməsində məqsəd tullantılara ikinci həyat vermək, ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq və şagirdlərin asudə vaxtlarının səmərəli istifadəsini təşkil etməkdən ibarətdir. 70-dək əl işinin nümayiş edildiyi birgünlük sərgidə plastik butulkalardan, yumurta qabıqlarından, atılmış qaşıq və çəngəllərdən, parça kəsiklərindən, düymələrdən və digər tullantı məhsullarından istifadə edilib. Bir sözlə, lazımsız əşyalar sərgidə nümayiş edilən əsərlər vasitəsi ilə yenidən canlandırılıb”, - deyə L. Baxşıyeva söyləyib.
Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva bu kimi sərgilərin təşkilini yüksək qiymətləndirib. Gülarə Verdiyeva ətraf mühitin mühafizəsi sahəsində gənc nəslin rolunun zəruriliyini bildirilərək dövlət orqanları ilə yanaşı, ictimaiyyətin bu sahədə aktiv iştirakının, əhali arasında maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətini diqqətə çatdırıb.Vurğulanıb ki, hər il Ümumdünya Ətraf Mühit Günü ərəfəsində ölkəmizdə və dünyada ənənəvi olaraq ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsi məqsədilə təbliğat xarakterli müxtəlif tədbirlər həyata keçirilir. Rayon icra hakimiyyəti başçısının birinci müavini qeyd edib ki, Prezident İlham Əliyevin 2010-cu ili ölkədə “Ekologiya İli” elan etməsi bu sahəyə diqqəti daha da artırıb. “Ekologiya İli” çərçivəsində, eləcə də sonrakı illərdə ölkəmizdə milyonlarla ağacın əkilməsi, yeni parkların salınması və dövlətimizin başçısının özünün bu kampaniyalarda iştirakı ətraf mühitin qorunmasına xüsusi diqqətin göstəricisi sayıla bilər. O bildirib ki, Heydər Əliyev Fondunun ekologiyanın, ətraf mühitin qorunmasına xidmət edən “Hərəmiz bir ağac əkək” və “Məktəb bağları” layihələri də bu sahəyə böyük töhfələr verib. Sərginin önəmini vurğulayan natiq bu işdə əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Sonra qonaqlar sərgi ilə tanış olublar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10120

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info