Avstraliyanın Yaranma Günü
Tarix: 06.06.2017 | Saat: 00:01:00 | E-mail | Çapa göndər


Qərbi Avstraliya ştatında Avstraliyanın Yaranma Günü qeyd edilib. Avstraliya qitəsinin üçdə birini əhatə edən bu ştatda hər il qeyd olunan ənənəvi rəsmi bayramdır. Ölkənin ən böyük ştatı olan Qərbi Avstraliya həm də yay və qış vaxtına keçməməsi ilə tanınır. Yaranma Günü rəsmi olaraq iyunun 1-də qeyd edilsə də, ənənəvi bayram tədbirləri iyunun ilk bazar ertəsi keçirilir. Qərbi Avstraliya sakinləri öz tarixlərinə böyük hörmətlə yanaşırlar. 1829-cu il iyunun 1-də Britaniyadan uzun yol qət edərək buraya gələn ilk gəmi “Yaşıl qitə”yə, Svan çayının sahilindəki koloniyaya yan alıb. Bu gəminin adı “Parmeliya”, kapitanı isə Ceyms Stirlinq olub. Güclü külək səyyahlara bir neçə gün sahilə çıxmağa mane olsa da, onlar dənizdən yeni torpaqlarını öyrənməklə məşğul olublar. Gəminin sərnişinləri sahilə rəsmi olaraq bir neçə gün sonra çıxa bilsələr də, məhz iyunun 1-i qərb sahilinin sakinləri üçün Yaranma Günü hesab edilir. Məhz həmin il Avstraliyanın ən böyük şəhərlərindən biri olan Pertin əsası qoyulub. Hər il iyunun ilk bazar ertəsi Yaranma Gününü qeyd edən avstraliyalılar istirahət günlərinin sayını daha da artırırlar. İllər keçdikcə qitənin ilk sakinlərinə dünyanın müxtəlif yerlərindən gələnlər əlavə olunub. Ştatın ilk sakinləri məhz ingilislər və irlandiyalılar sayılırlar. Onların ardınca italyanlar və yunanlar da burada məskunlaşdılar. XIX əsrin ortalarından başlayaraq almanlar, hollandlar, xorvatlar və makedoniyalılar da Avstraliyanın qərb sahillərinə yerləşdilər. Növbəti axın Cənub-Şərqi Asiya və Cənubi Afrika sakinləri olub. Hər gələn yeni qrup uzun əsrlər boyu davam edən irsə öz mədəniyyətinin elementlərini əlavə edib ki, nəticədə nadir Qərbi Avstraliya mədəniyyəti formalaşdı. Bu gün Qərbi Avstraliya ştatında təqribən 2 milyon adam yaşayır. Onlar 170 dildə danışan və təqribən 100 dinə sitayiş edən 200 milləti təmsil edirlər. Yaranma Günündə avstraliyalılar bu torpaqlara ilk gələnlərin xatirəsini hörmətlə anır, həmçinin xoşbəxt gələcək qurmaq üçün çalışanlara minnətdarlıqlarını bildirirlər. Qərbi Avstraliyanın ən dəyərli mükafatı hesab edilən “Ştatda ilin adamı” mükafatı da məhz bu günün sahibinə təqdim edilir. Hökumət evində Yaranma Gününə həsr edilən, qubernatorun şəxsən qatıldığı böyük bal gecəsi keçirilir. Təşkil edilən mədəniyyət və bədii sərgilər, konsert proqramları böyük atəşfəşanlıqla başa çatır.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info