Fətullah Gülən Türkiyə vətəndaşlığından çıxarılır
Tarix: 06.06.2017 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


Türkiyə Daxili İşlər Nazirliyi "Fətullahçı Terror Təşkilatı"nın (FETÖ) lideri Fətullah Gülən də daxil olmaqla, 130 nəfərin Türkiyə vətəndaşlığından məhrum edilməsinə qərar verib. Bu barədə qərar “Resmi gazete”də dərc edilib. Vətəndaşlıqdan məhrum edilənlər sırasında Xalqların Demokrat Partiyasının iki millət vəkili – Fayzal Sarıyıldız və Tuğba Hezer də var. Qərarda qeyd edilir ki, Türkiyə Cinayət Məcəlləsinə əsasən xaricdə olan və haqlarında təhqiqat aparılan şəxslər vətəndaşlıqdan xaric olunmaları barədə qərarın elan olunmasından sonra 3 ay ərzində Türkiyəyə dönməzlərsə və rəsmi orqanlara müraciət etməzlərsə, vətəndaşlıqdan məhrum ediləcəklər.
Qeyd edək ki, F. Gülən 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdin təşkilində günahlandırılır. Onu da qeyd edək ki, Türkiyə baş nazirinin keçmiş müavini Bülənt Arınçın kürəkəni Əkrəm Yeter tutulub. Yeter FETÖ üzvlərinə qarşı keçirilən əməliyyat zamanı saxlanılıb. Ankaradakı evində tutulan Ə. Yeter prokurorluq orqanlarına təhvil verilib.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
“WhatsApp” mesaj göndərişlərini məhdudlaşdırıb
21.01.2019
Ukrayna və İsrail azad iqtisadi zona yaradır
20.01.2019
Terrorçular Malidə BMT-nin düşərgəsinə hücum edərək 8 sülhməramlını öldürüblər
20.01.2019
Ötən il Ukraynada əhalinin sayı 200 min nəfərdən çox azalıb
19.01.2019
Fransada “Sarı jiletlər”in növbəti aksiyası keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info