“Ermənistan iqtisadi defoltdan qurtula bilməyəcək”
Tarix: 06.06.2017 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


“Lragir”: “Bütün investisiyalar bu ölkədən yan keçir, ölkənin xarici borcu artıq 6 milyard dollarla psixoloji həddi keçib”

Son günlər erməni ekspertlər ölkə iqtisadiyyatı barədə həyəcanlı faktlar səsləndirməyə başlayıblar.
“Lragir” yazır ki, ölkədən kapital axını artmaqda davam edir, bütün investisiyalar bu ölkədən yan keçir, ölkənin xarici borcu artıq 6 milyard dollara psixoloji həddi keçib: “Ermənistan yalnız qızıl mədəni-Amulsarın ümidinə qalıb. Ekspertlər hesab edirlər ki hazırda Ermənistanda yaşananlar durğunluq deyil, gələcək fəsadlara yol açan dərin böhrandır. Hazırda Ermənistanda vətəndaşlar tərəfindən cidii dərəcədə hiss olunan pul çatışmazlığı yaşanır. Sadə erməni, hələ ki, yığdığı və ya kənardan göndərilən vəsait hesabına yaşayır. Ermənistan vətəndaşları hər hansı bir yüksək məvacibli iş barədə düşünməyi ağıllarına belə, gətirmirlər. Sabah vəziyyətinin daha ağır olacağını düşünən ermənilər bankdan borc götürməyə belə, qorxurlar. Maraqlıdır, maliyyə-kredit balansı kritik həddə çatan ölkədə iqtisadi siyasət nəyi dəyişə bilər? Belə bir addım ölkəni iqtisadi defoltdan qoruya bilməyəcək. Erməni hakimiyyəti bunun qarşısını alaçaq iqtidarında deyil. Ermənistanın baş naziri Karen Karapetyan da daha əvvəlki kimi, pafosla gələcək investisiyalar barədə danışmır. Bundan başqa, onun özünün də bu günlərdə istefaya gedəcəyi barədə söz-söhbət gəzməkdədir. Gec də olsa, ölkədə heç bir irəliləyişə nail ola bilməyəcəyini anlayıb. Bundan yararlanmağa çalışan Serj Sərkisyan isə bütün gücü öz əlinə almağa çalışır. Başqa maraqlı nüans Serj Sərkisyan və onun ən etibarlı namizədi olan Viqen Sarkisyanın təklifi ilə bağlıdır. Onların “xalq-ordu” ideyası ölkə vətəndaşlarının əlində olanlardan imtinasını təklif edir. Erməni əhalisindən kəmərlərini bərkidib aza qane olmaq tələb edilir. Belə olan halda, erməni rəhbərliyi “stabil hakimiyyət”ini bir neçə il də sürüyə bilər. Bəs sonra? İqtisadi vəziyyətin son nöqtəyə çatandan sonra nə olacaq? Ermənistanın normal inkişaf planı yoxdur, ölkəyə kapital yatırılmır, az-çox gəliri olanlar da gəlirləri ilə yanaşı, işlərini də itirirlər”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Ermənistan nümayəndəsinin KTMT-nin baş katibi seçilməməsi Paşinyana ciddi zərbə olacaq”
21.11.2018
Çavuşoğlu S-400-lə bağlı məsələyə son qoydu: “Anlaşmanın ləğv edilməsi mümkün deyil”
21.11.2018
RecExpo 2018-də Monteneqronu kəşf et: 2019-da açılacaq ruhlandırıcı dənizkənarı kurort Portonovi
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info