“Ərəb koalisiyası”nda parçalanma: 6 ərəb dövləti Qətərlə diplomatik münasibətləri kəsib
Tarix: 06.06.2017 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


Trampın iştirakı ilə Ər-Riyadda keçirilən sammit və “ərəb NATO”-sunun yenidən gündəmə gəldiyi bir vaxtda konfliktin yaranmasında maraqlı olan kimlərdir?

Bundan başqa, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası tərəfindən Yəməndə keçirilən əməliyyatlarda da Qətərin iştirakı dayandırılıb. İlk addım Bəhreyn tərəfindən atılıb. Bəhreynin qərarını açıqlamasından dəqiqələr sonra Ər-Riyad, Qahirə və Abu-Dabi də eyni bəyanatla çıxış edib. Daha sonra Yəmən və Liviya da xüsusi bəyanatla çıxış edib. Misir Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir: “Misir Ərəb Respublikası Qətərlə bütün diplomatik münasibətləri kəsməklə bağlı qərar qəbul edib. Bunun səbəbi Qətərin Misirə qarşı düşmənçilik siyasətidir”. Birləşmiş Ərəb Əmirliyi Qətəri terrorizmi və “Müsəlman qardaşları”nı dəstəkləməkdə ittiham edib. Ərəb koalisiyasında nə baş verir? Trampın Ər-Riyad sammiti və “ərəb NATO”-sunun yaradılması məsələsinin yenidən gündəmə gəldiyi bir vaxtda ərəb koalisiyasında parçalanmanın baş verməsində maraqlı olan kimlərdir? Konfliktin yaranmasının əsas səbəbi kimi Qətər əmirinin müsahibəsi göstərilir. Ər-Riyadda Donald Trampın iştirakı ilə keçirilən sammit zamanı Səudiyyə Ərəbistanı İranı ittiham etmişdi. Bundan bir həftə sonra Qətər əmiri yerli mətbuata müsahibə verərək İranla münasibətlərin düzəlməsinin tərəfdarı olduğunu açıqlayıb. Doğrudur, sonradan Qətər Xarici İşlər Nazirliyi bəyanat yayaraq bildirib ki, həmin müsahibə əmirə aid deyil və agentliyin xəbər lentinə hakerlər tərəfindən yerləşdirilb. Amma ərəb koalisiyası əmindir ki, həmin müsahibə Qətər əmirinə məxsusdur. Səudiyyəli politoloq Əhməd əl-Fərəc hesab edir ki, Qətərə tətbiq edilən iqtisadi embarqo qısa müddət ərzində öz nəticəsini verəcək. Ərəb dövlətlərinin Qətərlə diplomatik, hava-su əlaqələrini dayandırması iqtisadiyyat üçün mənfi nəticələnə bilər. “Qətər istehsal etdiyi məhsulların 70 faizini Səudiyyə Ərəbistanı ilə sərhəddə olan yeganə yerüstü buraxılış məntəqəsi vasitəsilə həyata keçirir. Həmin məntəqədən məhsul ixracının dayanması Qətərin iqtisadiyyatına mənfi təsir göstərəcək”- deyə Əhməd əl-Fərəc “Sky News Arabia” telekanalına müsahibəsində bildirib. Digər tərəfdən Qətərin milli aviaşirkəti olan “Qatar Airways” Səudiyyə Ərəbistanına sərnişindaşımada ikinci yeri tutur. Bu qərardan sonra Qətər həmin bazarı itirmiş olur. Problemin əsas səbəbi Qətərin QNA agentliyində yayımlanan və içində İran və İsraillə bağlı fikirlərin yer aldığı müsahibə olub. ABŞ FTB-sinin həmin müsahibə ilə bağlı araşdırmaya qoşulduğu açıqlanıb. Qətər həmin müsahibənin qəsdən sayta yerləşdirildiyini iddia edir. “Frans Press” yazır ki, Qətər araşdırmaya kömək üçün ABŞ FTB-sinə müraciət edib və oradan bir komanda Qətərə göndərilib. Adları açıqlanmayan daha iki dövlət bu məsəlinin araşdırılmasında Qətərə yardım edir və nəticələr gələn həftə elan olunacaq. Burada bir məqamı da nəzərdən qaçırmaq lazım deyil ki, Qətər əmirinin İran prezidentini qələbə münasibətilə təbrik etməsi də müsahibənin real olma ehtimalını artırır. Qətər və Pakistanın antiiran koalisiyasına qoşulmayacaqlarını açıq şəkildə ifadə etmələri yeni geosiyasi oyunun başladığını göstərir. “Röyters” dünən maraqlı bir məlumat yayıb. Həmin məlumatda qeyd edilir ki, Pakistan Qətərlə diplomatik münasibətləri kəsmək fikrində deyil. Pakistan XİN rəsmisi Nafis Zakari bəyan edib ki, İslamabadın belə bir planı yoxdur.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Britaniya deputatları “Brexit“ şərtlərinə dair sazişin əleyhinə səs veriblər
16.01.2019
Türkiyə ərazisində əlverişsiz hava şəraiti davam edir
15.01.2019
ABŞ səfirinin Almaniyadan çıxarılması tələb edilir
15.01.2019
Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək
15.01.2019
Türkiyə hərbçiləri batmaq təhlükəsində olan 40 qaçqını xilas ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info