Dənizdə istirahəti sevənlər bunları bilməlidir
Tarix: 06.06.2017 | Saat: 00:48:00 | E-mail | Çapa göndər


Yay mövsümünün gəlişi ilə istirahət etmək üçün dəniz kənarına, çimərliklərə daha çox üz tuturuq. Lakin hər yay bu istirahətin bəziləri üçün faciə ilə nəticələnməsi, ölümə səbəb olması halları barədə də eşidirik.
Bəs, istirahətimizin necə qurbanı olmayaq? Bu həyati əhəmiyyətli suala cavabı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev açıqlayır. Ekspertin fikrincə, çimərlikdə yerinə yetirilməli olan ən bəsit qaydalara qarşı məsuliyyətsiz yanaşma sonda bədbəxt hadisə ilə nəticələnə bilər. E.Nurəliyev yerinə yetirilməli ən adi təhlükəsizlik qaydalarını açıqlayıb:
1. Öncə hava şəraiti nəzərə alınmalıdır. Hava əlverişli deyilsə, küləkli, dumanlıdırsa dənizə getmək məsləhət görülmür;
3. Qadağan olunmuş çimərlik ərazisinə getmək təhlükəli nəticələrə yol aça bilər. Təhlükəsizlik tədbirləri görülməmiş çimərlik sizi dənizdə batmaq təhlükəsi ilə üz-üzə qoymaqla yanaşı, suda təhlükəli yolxucu xəstəliklərə tutulma riski ilə də üzləşdirə bilər;
4. Alkoqollu içkilərin qəbulu yolverilməzdir, yağlı yeməklər məsləhət görülmür. Çimərliyə getməzdən öncə və çimərlikdə mütləq qəbul edilməli dərmanlar varsa, buna da nəzarət olunması məsləhətdir;
5. Üzə bilmirsinizsə, dənizdə çimərkən sahildən çox uzaqlaşmayın;
6. Üzə bilənlərin isə sahilə perpendikulyar deyil, paralel üzmələri tövsiyə olunur;
7. Dənizdə qadağanedici nişanları keçməyin;
8. Günvurma halları ilə rastlaşmamaq üçün sutkanın gündüz 12:00-16:00 saatlarında çimərlikdə istirahətdən çəkinin. Gün vuran adamda halsızlıq, baş ağrısı, ürəkbulanma, qıcolma, huşun itməsi kimi hallar müşahidə olunur. Belə hallarda ilk yardım olaraq həmin şəxs kölgəli yerdə uzanmalı, maye qəbul etməli, qollarının altına, sinəsinə və əllərinə soyuq kompres qoyulmalıdır;
9.Suda boğulan adama ilk tibbi yardım zamanında və doğru göstərilərsə, həyatını xilas etmək olar. Həmin adama arxadan yaxınlaşıb, başının suyun üstündə qalmasına nəzarət etməklə, qollarının altından tutub sahilə üzmək lazımdır. Sahildə dizlərinizi bükərək həmin adamı üzü üstə dizlərinizin üstünə uzatmalı, kürək nahiyəsindən basmalısınız. Unutmayın ki, həmin şəxsin udduğu suyun boşalmasını təmin etmək vacıbdır. Lazım olarsa, ürək masajı və süni nəfəs də verilməlidir.
Fuad




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
“Qoy əfqan xalqı öz liderini özü seçsin“
22.02.2019
Özəl telekanallarda yayımlanan bayağı seriallar bizi çox narahat edir
22.02.2019
Müxalifət özü də bilir ki, bu aksiyalar mənasızdır, xalqın iradəsini ifadə etmir
22.02.2019
“Talibana hərbi təzyiq göstərməyə davam edəcəyik“
22.02.2019
Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizinin regional qovşaqlarından biridir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 1400 manat maaşla sürücü axtarılır
5 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info