SOCAR-ın stendi “Ən orijinal stend” sertifikatına layiq görülüb
Tarix: 06.06.2017 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgisində SOCAR-ın stendi dolğunluğuna və gözəl tərtibatına görə təşkilatçılar tərəfindən “Ən orijinal stend” sertifikatı və diplomla mükafatlandırılıb.
SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, Energetika Nazirliyinin və SOCAR-ın dəstəyi, “ITECA Caspian” və “ITE Group” şirkətlərinin birgə təşkilatçılığı ilə keçirilən sərgidə ABŞ, Yaponiya, Belçika, İspaniya, İtaliya, Qazaxıstan, Çin, Niderland Krallığı, Polşa, Belarus daxil olmaqla dünyanın 30 ölkəsini təmsil edən 300-dək şirkət iştirak edib. İştirakçıların ümumi sayının 15 faizini təşkil edən debütantlar arasında ABŞ, Böyük Britaniya, Rumıniya və digər ölkələri təmsil edən şirkətlər yer alıb. Hər il olduğu kimi bu il də SOCAR-ın stendi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Burada SOCAR-ın axtarış-kəşfiyyat, qazma, hasilat, emal sahələrində nailiyyətləri, tikilməkdə olan Karbamid və Polimer zavodları, Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) həyata keçirilən yenidənqurma işləri, perspektiv yataqlar barədə məlumatlar yer alıb. SOCAR-ın elm, təhsil, kadr hazırlığı sahəsində, ekologiya və sosial layihələrdə gördüyü respublika əhəmiyyətli işləri və nailiyyətləri də diqqət mərkəzində idi. Sərgi günlərində stenddə SOCAR-ın ölkə daxilində və beynəlxalq layihələrdə iştirakı və rolu barədə ətraflı məlumat verilib, jurnal-bülletenlər, reklam xarakterli suvenirlər paylanıb, xarici və yerli ziyarətçilərin, müxtəlif şirkət nümayəndələrinin əməkdaşlıq təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info