“Azərbaycan və İslam dünyası” layihəsinin təqdimatı olub
Tarix: 06.06.2017 | Saat: 16:41:00 | E-mail | Çapa göndər


Prezident Kitabxanasında “Azərbaycan və İslam dünyası” layihəsinin kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə təqdimatı olub.

Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirib ki, “Azərbaycan və İslam dünyası” adlı elektron resursu Prezident Kitabxanasının əməkdaşları hazırlayıblar.

Hələlik Azərbaycan dilində hazırlanan və http://islamworld.preslib.az/ domenində yerləşdirilən resursun strukturu haqqında məlumat verən M. Əhmədov bildirib ki, resurs 12 əsas bölmədən ibarətdir.

Resursda Azərbaycan haqqında qısa məlumat verilib. “İslam” bölməsində onun mahiyyəti, “Qurani-Kərim” haqqında müfəssəl şərhlər toplanıb. “Qurani-Kərim” yarımbölməsində Ziya Bünyadov və Vasim Məmmədəliyevin tərcüməsində “Qurani-Kərim”in kitabxananın əməkdaşları tərəfindən PDF formatında hazırlanan mətni yerləşdirilib.

İslam Əməkdaşlıq Təşkilatından (İƏT) bəhs edən bölmədə qurumun tarixçəsi haqqında qısa arayış verilib, üzv dövlətlərin hər biri haqqında ayrıca informasiya təqdim edilib, qurumun zirvə görüşləri, Azərbaycan-İƏT əlaqələrinə və İƏT-in Ermənistanın hərbi təcavüzünə qarşı qəbul etdiyi sənədlər haqqında ayrıca materiallar yerləşdirilib.

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı - ISESCO haqqındakı bölmədə təşkilatın strukturu, onun fəaliyyət istiqamətləri, xoşməramlı səfirləri və Azərbaycan-ISESCO münasibətlərinə dair materiallar toplanılıb.

Elektron resursda Azərbaycanın üzv olduğu - İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası barədə də bölmələr yaradılıb.

“İslamiada” bölməsində İslam Həmrəyliyi Oyunlarının qısa tarixçəsi və Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları barədə geniş məlumat yerləşdirilib.

"Sənədlər" bölməsində yuxarıda adları sadalanan qurumlarla bağlı qəbul edilmiş qərarlar, fərman və sərəncamların mətnləri, ümummilli lider Heydər Əliyev, prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın mövzu ilə bağlı nitqlərinin, çıxışlarının, müsahibələrinin mətnləri toplanılıb", - deyə M. Əhmədov vurğulayıb.

"E-Resurslar" bölməsində Azərbaycan və rus dillərində islama aid kitabların elektron versiyaları, Azərbaycan, ingilis və rus dillərində məqalələrin elektron mətnlərin mətnləri yerləşdirilib.

Resursda "Biblioqrafiya” və “Fotoqalereya” bölmələri də var.

Mütəmadi yenilənən “Azərbaycan və İslam dünyası” elektron resursunun ingilis dilində versiyasının hazırlanması da nəzərdə tutulub.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib
20.11.2018
Auditorlar Palatası Gömrük Komitəsi ilə əməkdaşlığa dair sənəd imzalayacaq
20.11.2018
Qarakənd səmasında baş vermiş faciədən 27 il keçir
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info