Anqolanın neft naziri BANM-də
Tarix: 06.06.2017 | Saat: 17:01:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Anqolanın neft naziri Xose Maria Botelyo de Vaskonselosun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. BANM-dən bildirilib ki, nümayəndə heyətinin tərkibində Anqolanın “Sonangol” neft şirkətinin icraçı direktoru və icraçı komissiyasının prezidenti Paulino Xeronimo da olub.
Görüşdə BANM-in rektoru Elmar Qasımov Anqola və Azərbaycanın təhsil əlaqələrindən danışıb və bu əlaqələrin inkişafının hər iki ölkənın maraqlarına xidmət edə biləcəyini vurğulayıb. O, Anqola tələbələrinin BANM-də təhsil almasını təklif edib. E.Qasımov yeni açılmış kampusda onlar üçün hər cür imkanların yaradılacağını, tədrislə yanaşı, SOCAR-ın müəssisələrində təcrübə keçə biləcəklərini xüsusi qeyd edib.
Xose Maria Botelyo de Vaskonselos həm ölkəsinin Neft Nazirliyinin, həm də “Sonangol” şirkətinin anqolalı gənclərin xarici ölkələrdə təhsili üçün təqaüd proqramları həyata keçirdiyini və onların Azərbaycanda da təhsil almalarında maraqlı olduqlarını bildirib. Anqolanın neft naziri bu istiqamətdə müvafiq tədbirlərin həyata keçiriləcəyini deyib. O, mühəndislik üzrə ali təhsil verəcək təhsil müəssisəsinin yaradılması ilə bağlı layihə üzərində çalışdıqlarını və bu istiqamətdə BANM-in təcrübəsindən yararlanacaqlarını bildirib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info