Baş prokuror: “Korrupsiyaya qarşı mübarizədə səmərəli mexanizm mövcuddur“
Tarix: 06.06.2017 | Saat: 17:02:00 | E-mail | Çapa göndər


"İqtisadi Əməkdaşlıq Təşkilatı müxtəlif mədəniyyətləri birləşdirən bir körpüdür. Azərbaycan təşkilatın tədbirlərində aktiv iştirak edir, iki dəfə tədbirlərə ev sahibliyi edib. Azərbaycan iki dəfə bu təşkilata sədr seçilib". Bunu bu gün Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumları rəhbərliyi və ombudsmanların III görüşündə baş prokuror Zakir Qaralov bildirib.
Baş prokuror deyib ki, korrupsiyaya qarşı mübarizə Azərbaycanda prioritet sahədir və İƏT-in bu tədbirin Bakıda keçirilməsi mühüm hadisədir: "Ermənistanın işğalı nəticəsində 1 milyon insan qaçqın və məcburi köçkün durumuna düşüb. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ölkədə sabitlik təmin olunub, hüquqi islahatlar yolu seçilib. Bu kurs Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir".
Z. Qaralov qeyd edib ki, korrupsiya hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır: "Azərbaycan beynəlxalq və regional səviyyədə bütün konvensiyalara qoşulub, bu sahədə qanunvericilik təkmilləşdirilib, işlək mexanizm yaradılıb. Bu sahədə 3 milli fəaliyyət planının icrası başa çatdırılıb. Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya və Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu sahədə uğurla fəaliyyət göstərir. Korrupsiyaya qarşı mübarizədə "Asan xidmət"in rolunu xüsusi vurğulamaq istəyirəm, burada fəaliyyət korrupsiyanı tam istisna edir. "Asan xidmət" beynəlxalq səviyyədə digər ölkələrə tövsiyə edilməkdədir. Bu gün tam əminliklə demək olar ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizədə səmərəli mexanizm mövcuddur".

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
25.09.2018
AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq
25.09.2018
Xüsusi təyinatlılar üçün yeni snayper istehsalına başlanılıb
25.09.2018
Zeynab Kazımova yeni vəzifəyə təyinat alıb
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
3 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info