“Gazelli Group”un məhsulları “Made in Azerbaijan” adı ilə Moskvada
Tarix: 06.06.2017 | Saat: 17:04:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk təbii kosmetika istehsalçısı olan “Gazelli Group” “Made in Azerbaijan” adı ilə Moskvada keçirilən “Sanatoriya-kurort müalicəsi” III Beynəlxalq konqresində təmsil olunur.
İyunun 8-dək davam edəcək tədbirdə şirkətin, xüsusilə SPA mərkəzlərdə istifadə edilən peşəkar qulluq məhsulları - premium növ hesab edilən “Gazelli Expert” və “Entera” brendləri nümayiş olunur. Bu məhsulların hazırlanmasında naftalandan alınmış “Gazelli white oil” ekstraktı istifadə edilir ki, bu da “Gazelli Expert” və “Entera”nı xüsusilə fərqləndirir. Bundan əlavə, konqresdə Azərbaycanın turistik şəhəri olan Naftalanda yerləşən möhtəşəm “Qarabağ” oteli barədə də tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Bildirilib ki, “Qarabağ” oteli ürək-damar sistemi, psoriaz, insultdan sonra reabilitasiya, sümük-oynaq və sairə kimi xəstəliklərin aradan qaldırılması üçün ideal məkandır. Oteldə istirahət etməklə yanaşı, müalicə kursu almaq mümkündür.
Konqres iştirakçıları “Gazelli Group”un istehsal etdiyi otel məhsulları – “Aroma Collection”, “Buta”, “Sunlab”, “Start”, “Chokolata&Vanilla” və müxtəlif hədiyyə dəstləri ilə tanış olmaq şansı əldə edirlər.
“Gazelli Group”un stendinə maraq böyükdür. Məhsullarımız Rusiya bazarına artıq bir neçə ildir ki ixrac edilir. Lakin məhsullarımıza böyük tələbat olduğundan biz bazarı daha geniş araşdırıb Rusiyada fəaliyyətimizi genişləndirmək niyyətindəyik”, - deyə şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yelena Eyvazlı diqqətə çatdırıb.
Qeyd edək ki,”Gazelli Group” bütün beynəlxalq, o cümlədən də nadir şirkətlərə verilən GMP sertifikatına malikdir. Bu isə şirkətin istehsal etdiyi məhsullarının yüksək keyfiyyətindən xəbər verir.
Fuad




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info