London kitabxanasında Azərbaycan bölməsi yaradılıb
Tarix: 06.06.2017 | Saat: 17:05:00 | E-mail | Çapa göndər


Bu günlərdə Londonun Uolthamstou Sentral Kitabxanasında (Walthamstow Central Library) Azərbaycan ədəbiyyatı bölməsi fəaliyyətə başlayıb. Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının təşəbbüsü ilə yaradılan bölmədə klassik və müasir ədəbiyyat örnəkləri oxucuların mühakiməsinə verilib.
Azərbaycan dilində bədii və elmi-publisistik əsərlərdən ibarət bölmənin yaradılması Bakı Dövlət Universitetinin və AMEA-nın Elmi Kitabxanası, “Xan” nəşriyyatı, həmçinin ayrı-ayrı yazıçı və alimlərin dəstəyi ilə gerçəkləşib.
Kitabxananın dünya dillərində bədii ədəbiyyatın sərgiləndiyi böyük salonunda yerləşən bölməyə indiyədək 300-ə yaxın kitab göndərilib. Bölmədə Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Kazım bəy, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Yusif Vəzir Çəmənzəminli, Hüseyn Cavid, Ceyhun Hacıbəyli, Məhəmmədhüseyn Şəhriyar, Əli Kərim, İsmayıl Şıxlı, İsa Muğanna, Əzizə Cəfərzadə, Sabir Əhmədli, Xəlil Rza Ulutürk, Məmməd İsmayıl, Sabir Rüstəmxanlı və başqa müəlliflərlə yanaşı, gənc yazarların əsərləri, habelə “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Qaçaq Nəbi” dastanları, nağıllar və lətifələrdən ibarət folklor materilalları da yer almaqdadır. Bölmədəki bütün kitablar kataloqlaşdırılıb, hissə-hissə oxuculara təqdim olunması nəzərdə tutulub.
Qeyd edək ki, Uolthamstou Sentral Kitabxanasında açılan Azərbaycan dilində ədəbiyyat fondu postsovet respublikaları içərində Rusiyadan sonra yaradılan ikinci bölmədir.
Fuad




 
Bölməyə aid digər xəbərlər
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür
09.11.2018
Ermənistanın bütün müstəvilərdə təcrid və küncə sıxılmış vəziyyətdə olması özünü açıq şəkildə nümayiş etdirir
09.11.2018
Hər bir vətəndaşın borcudur ki, bayrağımızın əbədi dalğalanması üçün üzərinə düşəni etsin
09.11.2018
Azərbaycanın üçrəngli bayrağı özündən əvvəlki bayraqların varisidir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info