Səhiyyə Nazirliyinin 19 adda elektron xidməti yenidən hazırlanaraq istifadəyə verilib
Tarix: 06.06.2017 | Saat: 17:07:00 | E-mail | Çapa göndər


Səhiyyə Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin asanlaşdırılması məqsədilə 19 adda elektron xidmət yenidən hazırlanaraq vətəndaşların, tibb işçilərinin xidmətinə verilib. APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası üzrə Səhiyyə Nazirliyinin gördüyü işlərə dair tədbirdə bildirib ki, bunlara “Doğum haqqında tibbi şəhadətnamə” elektron registrindən məlumatların verilməsi, xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması üçün müraciətin və sənədlərin qəbulu və digər xidmətlər daxildir.
Onun sözlərinə görə, elektron xidmətlərin asanlaşdırılması nəticəsində tələb olunan sənədlərin sayı azalıb və xidmətlərdən istifadə rahatlaşıb. C.Əsədzadə qeyd edib ki, aparılan işlər nəticəsində elektron xidmətlərin vətəndaşlar tərəfindən istifadəsi günü-gündən artır: “Bir sıra xidmətlərin yenidən hazırlanması nəticəsində yalnız 2016-cı il ərzində elektron xidmətlərdən istifadə edənlərin sayı 115 mini keçib. Ən çox istifadə olunan elektron xidmətlər tibb işçiləri tərəfindən vətəndaşların işə qəbulla bağlı müsabiqədə iştirak və sənədlərin qəbuludur. Yalnız cari ilin may ayının 1-dən 20-nə kimi bu xidmətdən 20 mindən çox vətəndaş istifadə edilib. Nazirlər Kabineti tərəfindən təsdiq olunan elektron xidmətlərin sayı 38 olsa da, artıq faktiki olaraq Səhiyyə Nazirliyi tərəfindən göstərilən xidmətlərin sayı 40-ı keçib. Bu sayda gündən-günə artır və xidmətlərin keyfiyyətinin artırılmasına çalışırıq. Xidmətlərin göstərilməsi zamanı tələb olunan sənədlərin azalması, mobil versiyaların hazırlanması sahəsində işlər daima davam etdirilir”.
Nazirlik rəsmisi qeyd edib ki, bu gün yalnız elektron xidmətlərin tətbiq olunanları barədə danışmaq olar. Onun sözlərinə görə, elektron xidmətlərdən nəzərdə tutulanların çoxu tətbiq edilir. C.Əsədzadə vurğulayıb ki, hansısa yeni bir tələblərə qarşılıq olaraq elektron xidmətlər yenilənir, uğurla istifadə olunur: “Zamanla ehtiyac və tələbat olduqca yeni elektron xidmətlər yaradılır. Hazırda Səhiyyə Nazirliyinin saytının, Elektron Səhiyyə Xidmətinin yeni mobil versiyasının hazırlanması üzərində iş gedir”.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info