“Azərbaycan mədəniyyətlərarası dialoqun qurulmasına mühüm əhəmiyyət verir”
Tarix: 06.06.2017 | Saat: 17:48:00 | E-mail | Çapa göndər


Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərliyi və ombudsmanların III görüşündə Azərbaycan Prezidentinin tədbir iştirakçılarına ünvanlanmış müraciəti oxunub.

APA-nın məlumatına görə, müraciəti Prezidentin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi, şöbə müdiri Fuad Ələsgərov oxuyub.

Dövlət başçısı müraciətində qeyd edib ki, Azərbaycan dünyada tolerant mühitinin inkişafına, mədəniyyətlərarası dialoqun qurulmasına mühüm əhəmiyyət verir: “Bu ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilməsi, İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın bu istiqamətdə mühüm töhfəsidir. İqtisadi Əməkdaşlıq Təşkilatının bu görüşünün Bakıda keçirilməsi də mühüm hadisədir. Azərbaycan dayanıqlı inkişafa nail olan müasir ölkədir. Ölkəmizdə şəffaf münasibətlər sistemi formalaşdırılıb, insan hüquq və azadlıqları təmin edilib. Dövlət xidmətlərində tətbiq etdiyimiz model korrupsiyanın qarşısının alınması üçün beynəlxalq təcrübədə ən yaxşı model kimi təqdim edilir. İqtisadi Əməkdaşlıq Təşkilatının bu tədbiri əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcək”.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Demokratiyanın tələbləri
23.01.2019
Sevinc Fətəliyeva: Hər bir KİV yaydığı xəbərə görə məsuliyyət daşıdığını unutmamalıdır
23.01.2019
Azərbaycan sülhməramlıları Cənubi Sudana yola düşüb
23.01.2019
“Azərbaycan təcrübəsi, əldə etdiyimiz nəticələr siyasətimizin doğru olduğunu nümayiş etdirir”
23.01.2019
Davos görüşü Düşənbə və Sankt-Peterburqdakı görüşlərin davamı kimi qiymətləndirilə bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info