“AtaSığorta” yeni nümayəndəliklərini istifadəyə verib
Tarix: 06.06.2017 | Saat: 18:10:00 | E-mail | Çapa göndər


Müştəri məmnuniyyətini artırmaqda səylərini əsirgəməyən “AtaSığorta” ASC yeni nümayəndəliklərini müştərilərin xidmətinə verib. Açılış mərasimində “AtaSığorta” ASC-nin İdarə Heyətinin üzvləri, departament və şöbə rəhbərləri iştirak edib. Müasir tələblərə tam cavab verən yeni nümayəndəliklər “BAKI” Nümayəndəliyi Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi 33 ünvanında, “YASAMAL” Nümayəndəliyi Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi 24 ünvanında, “GƏNCLİK” Nümayəndəliyi Bakı şəhəri, Nərimanov rayonu, Atatürk pr. 29 ünvanında fəaliyyət göstərəcək.
Xidmət şəbəkəsinin genişlənməsi “AtaSığorta” ASC-nin əsas inkişaf prioritetlərindən biridir. Yeni açılmış nümayəndəliklər Bakı şəhərində yaşayan əhalinin bütün sığorta xidmətlərindən rahat şəkildə faydalanmasını, baş verən sığorta hadisələri zamanı isə müştərilərə peşəkar və operativ xidmətin göstərilməsini təmin edəcək.

“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir. Şirkət 28 sığorta növü - 24 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. “AtaSığorta” həmçinin təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə, “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 40-dan artıq filial, nümayəndəlik və ofislər daxildir.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info