Qubada məhkəmə binasının təməli qoyuldu
Tarix: 24.04.2013 | Saat: 23:36:00 | E-mail | Çapa göndər


Qubada yeni məhkəmə binasının təməli qoyulub. Tədbirdə Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, ədliyyə nazirinin müavini Azər Cəfərov, Quba RİH başçısı Mübariz Ağayev, prokurorluq, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ümumi sahəsi 3300 kv.m olan bina üç mərtəbədən ibarətdir. Məhkəmə binası müasir memarlıq üslubunda layihələndirilib. Bina ictimai və inzibati zonalara bölünməklə müasir texnika, avadanlıqlarla təchiz ediləcək. Burada videokonfransların, elektron sənəd dövriyyəsi, eləcə də məhkəmə işlərinin idarə olunmasına xidmət edən “Femida” sistemi də quraşdırılacaq.
Təməlqoyma mərasimində çıxış edən ədliyyə naziri Fikrət Məmmədov dövlət başçısının tapşırıqlarına əsasən, ədalət məhkəməsinin səmərəliliyinin artırılması üzrə görülən genişmiqyaslı işlərdən danışaraq bildirib ki, son 2-3 ildə regionlarda 20-dək yeni məhkəmələr yaradılıb. Hakimlərin sayı iki dəfə artırılıb.
Tədbirdə Quba Rayon Məhkəməsinin müasir binasının inşası məhkəmə sistemində aparılan islahatlara əlavə töhfə verəcəyi qeyd olunub. Mərasim şimal bölgəsinin hakimləri və ədliyyə işçilərinin iştirakı ilə keçirilən geniş müşavirə ilə davam edib.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info