Doha körfəz ölkələrini dialoqa çağırır
Tarix: 07.06.2017 | Saat: 00:00:00 | E-mail | Çapa göndər



Tramp mövqeyini elan etdi: “Yaxın Şərqə səfərim zamanı radikal ideologiyaların maliyyələşdirilməməsinin vacibliyini qeyd etdim. Bütün ölkələr Qətəri işarə etdilər”
Doha Qətərlə əlaqələri kəsən Fars körfəzi ölkələrinə münasibətdə cavab tədbirləri görməyəcək və onları dialoqa çağırır. Bu barədə “Reuters” agentliyi Qətərin xarici işlər naziri Məhəmməd Abdurrahman Al Taniyə istinadla məlumat yayıb. Nazirin sözlərinə görə, Qətər regionda gərginliyi azaltmaq naminə digər ölkələrin vasitəçiliyinə hazırdır. “Qətər inanır ki, qohum ölkələr arasında bu cür fikir ayrılığı dialoq yolu ilə həll olunmalıdır”, -deyə nazir vurğulayıb. Bir qədər əvvəl Qətər əmirinin küveytli həmkarı ilə telefon danışığı olub. Söhbətdən sonra Qətər əmiri xalqa müraciətini təxirə salaraq, Küveytin vasitəçilik səylərinə imkan yaratmağı qərara alıb. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Qətərlə diplomatik münasibətlərin kəsilməsindən sonra bu ölkəyə şəkərin ixracını dayandırıb. ətər bu məhsulların tədarükü üzrə Səudiyyə Ərəbistanı və BƏƏ-dən asılıdır. Bu ölkələr Qətərə ildə 100 min tona yaxın şəkər çuğunduru tədarük edir. Bu arada ABŞ prezidentinin məsələyə ilk reaksiya olub. O, yenə də “Twitter” statusu ilə münasibətini açıqlayıb: “Yaxın Şərqə səfərim zamanı radikal ideologiyaların maliyyələşdirilməməsinin vacibliyini qeyd etdim. Bütün ölkələr Qətəri işarə etdilər”. Xatırladaq ki, bazar ertəsi günü ilk olaraq Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Qətəri terror təşkilatlarını dəstəkləməkdə təqsirləndirərək onunla bütün əlaqələri kəsdiklərini bəyan ediblər. Gün ərzində onlara Yəmən, Maldiv adaları, Liviya və Mavrikiya ada dövləti də qoşulublar.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir
24.09.2018
Stokholmda Azərbaycan tədris kursları açılıb
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info