Almaniya siyasətində transformasiya: Berlin Rusiyaya yaxınlaşır
Tarix: 07.06.2017 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


Manheym Araşdırma Mərkəzi:
“Almanların 68 faizi hesab edir ki, ABŞ-la AFR arasında münasibətlər çox pisdir”

Son vaxtlar Almaniyada ictimai rəydə ciddi dəyişikliklər baş verməyə başlayıb. İctimai rəyin transformasiyası, əsasən, transatlantik münasibətlər, Avropa siyasəti və daxili siyasi məsələlərlə bağlıdır. Peterburqda keçirilən iqtisadi forum və orada Almaniyanın yüksək səviyyəli qonaqlarla təmsil olunması da buna işarədir. Peterburq forumunda Almaniya hökumətini xarici işlər naziri Ziqmar Qabriel, federal torpaqları isə Bavariyanın baş naziri Horst Zeexofer təmsil edib. Almaniya mətbuatının əsas diqqəti isə qeyri-rəsmi keçirilən görüşlərə yönəlib.
Putinin Peterburqda yerləşən rəsmi rezidensiyasında keçirilən həmin qeyri-rəsmi görüşdə Almaniya və Rusiyanın rəsmi şəxsləri, keçmiş kansler Herhard Şröder, aparıcı iqtisadçılar iştirak ediblər. Almaniya mətbuatı yazır ki, hələlik iki dövlət arasında münasibətlərin inkişafında, danışmaq tezdir. Amma bəzi dəyişikliklər hiss olunmaqdadır. Almaniyanın Rusiyadakı səfiri Ryudiqerfon Friç forumla bağlı mətbuata verdiyi müsahibədə belə deyib: “Bütün baryerləri birlikdə aşacağıq”. Rəsmi rəqəmlərə görə, bu il başlayandan Almaniya ilə Rusiya arasında ticarət dövriyyəsi 43 faiz artıb. Forumla bağlı diqqət çəkən məqamlardan biri də ondan ibarətdir ki, Almaniya KİV-i və siyasi-iqtisadi dairələri antirusiya aksentindən istifadə etməyib. ABŞ-ın son vaxtlar Avropaya təzyiq göstərməsi, iqlim razılaşmasından çıxması, ardınca xanım Merkelin daha başqalarına güvənməməklə bağlı açıqlaması yeni mənzərəsini təsvir etmək üçün yetərlidir.

Almaniya Xarici İşlər Nazirliyində, Müdafiə Nazirliyində, yaxud federal kanslerin idarəsində Türkiyə ilə danışıqların müsbət nəticələnəcəyinə ümid etmirlər

Nüfuzlu Manheym Araşdırma Mərkəzinin keçirdiyi sorğunun nəticələri Almaniyanın yeni dövr siyasətinin cizgilərini göstərir. Sorğu iştirakçılarının 29 faizi ABŞ-la Almaniya arasında münasibətlərin yaxşı olduğunu bildirib. 2016-cı ildə keçirilən sorğu vaxtı bu rəqəm 82 faiz olmuşdu. Almanların 68 faizi hesab edir ki, ABŞ-la AFR arasında münasibətlər çox pisdir. Sorğu tarixində ABŞ-AFR münasibətlərinin pis olması ilə bağlı heç vaxt belə yüksək faiz əldə edilməyib. Almanların 69 faizi hesab edir ki, ABŞ Avropanın təhlükəsizlik baxımından etibarlı tərəfdaşı deyil. Sorğu iştirakçılarının 61 faizi dünyadakı siyasi-iqtisadi vəziyyətin çox həyəcanlı vəziyyətdə olduğunu bildirib. Almaniyanın daxili siyasəti ilə bağlı da bir sıra nəticələr qeydə alınıb. Sorğu göstərir ki, parlament seçkilərində Merkelin əsas rəqibi olan Şultsun reytinqi sürətlə aşağı düşür. Bu gün seçki keçirilsə, onun başçılıq etdiyi siyasi qüvvə 25 faiz səs ala bilər. Bir həftə əvvəl bu rəqəm 31 faiz idi. Onu da bildirək ki, Almaniya hökuməti bundestaq deputatlarının Türkiyədəki “İncirlik” Hərbi Hava Qüvvələri bazasına buraxılması məsələsi ilə əlaqədar münaqişənin nizamlanması üçün Ankaraya iki həftə vaxt verib. Bu barədə məlumat verən “Spiegel Online” onlayn-nəşri bir məqamı da dəqiqləşdirir ki, əks təqdirdə Almaniyaya məxsus yanacaqdolduran və qırıcı təyyarələrin həmin bazadan çıxarılması barədə sərəncam veriləcək. “Spiegel Online” yazır ki, federal hökumət təyyarələrin “İncirlik” bazasından çıxarılması barədə qərar qəbul etməzdən əvvəl Türkiyənin hakimiyyət orqanları ilə danışıqlar aparmaq niyyətindədir. Eyni zamanda, qeyd edilir ki, Almaniya Xarici İşlər Nazirliyində, Müdafiə Nazirliyində, yaxud federal kanslerin idarəsində Türkiyə ilə danışıqların bu problemin həlli ilə nəticələnəcəyinə gətirib çıxaracağına ümid etmirlər. Aşkardır ki, Bundestaq qondarma “erməni soyqırımı”nın tanınması barədə qalmaqallı qətnamə qəbul etməklə NATO üzrə özünün müttəfiqi ilə uzunmüddətli qarşıdurma yaranacağını əvvəlcədən bilirdi. Türkiyənin “İncirlik” bazasında 260 nəfərə yaxın almaniyalı hərbçi yerləşdirilib. Onlar havadan kəşfiyyat aparmaqla və təyyarələrə əlavə yanacaq doldurmaqla “İslam dövləti” qruplaşmasının Suriya və İraqdakı bazalarına havadan zərbələri dəstəkləyirlər. Bu il mayın ortalarında Ankara AFR Bundestaqı komitəsinin nümayəndə heyətinin “İncirlik” bazasına gəlməsinə icazə verməyib. Elə həmin vaxtdan bu baza ilə əlaqədar Türkiyə ilə Almaniya arasında münaqişə yaranıb. Türkiyə hakimiyyət orqanlarının bu addımından əvvəl Berlin Türkiyədəki uğursuz qiyam cəhdindən sonra bu ölkədən qaçmış qiyamçı hərbi qulluqçulara sığınacaq vermişdi.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info