Dekorativ bitkilərin xalq təbabətində rolu
Tarix: 07.06.2017 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


Bəlkə də, çoxları elə düşünür ki, parklarda bitən gözəl bitkilər, yalnız bəzək üçündür. Lakin heç də belə deyil. Bu bitkilər, necə deyərlər, həm də can dərmanıdır. Məşhur fitoterapevtlər Dr.Elnur Rəhimov və Fuad Mahmudovun Azərbaycanda ilk dəfə çapdan çıxan “Dekorativ bitkilər xalq təbabətində” kitabında bu haqda ətraflı məlumat verilib. E.Rəhimov qəzetimizə müsahibəsində dekorativ bitkilərin müalicədə rolu haqda danışdı. Qeyd edək ki, E. Rəhimov Azərbaycan Tibb Universitetini bitirib və Türkiyədə və digər xarici ölkələrdə ixtisasartırma kursu keçib. Ukrayna, Polşa, Çin, İran və Almaniyada konfranslara qatılıb. Hazırda fitoterapevt kimi fəaliyyət göstərir.
-Bəzən belə fikir səslənir ki, bizim bir çox dərmanlar ayağımızın altında əzib keçdiyimiz bitkilərdir. Bu fikir nə dərəcədə doğrudur?
-Bu haqda müdriklər həmişə belə qeyd ediblər, çünki əksər müalicədə istifadə etdiyimiz elə bizim əzib keçdiyimiz dərman bitkiləridir və hər birinin ayrı-ayrılıqda təsir xüsusiyyətləri var. Belə bir haşiyə çıxsaq daha doğru olar ki, bu kimi bizə faydalı olan dərman bitkilərini dozasında qəbul etmək xeyirlidir. Artıq içiləndə dərd verir o da misalındaki kimi…
-Bu günlərdə sizin həmmüəllifliyinizlə “Dekorativ bitkilər xalq təbabətində” kitabınız çapdan çıxıb. Bu kitabın yazılması hansı zərurətdən irəli gəlib?
-Azərbaycan dilində bir çox dərman bitkiləri haqda kitablar yazılıb və həmişə də bitkilərlə müalicəyə üstünlük verilib. İndiki zamanda fitoterapiya sahəsinə maraq artdığına görə, eləcə də gözlə gördüyümüz, amma faydasını bilmədiyimiz o qədər bitkilər var ki, bunu işıqlandırmağı uyğun bildik. Parklarımızda gözəl bitkilər bitir və bunu hər kəs öz həyətində dekorativ bitki məqsədilə əkir, amma faydasını bilsələr, daha çox becərib istifadə edərlər. Bu kitabda dekorativ məqsədlə əkilən bitkilərin xalq təbabətində istifadəsini üzə çıxarmışıq və belə bir kitab indiyə qədər heç vaxt çap olunmayıb. Həmçinin bu cür gözəl bitkilərin nəinki faydasını, eləcə də yan təsirlərini də qeyd etmişik.
-Ümumiyyətlə, dekorativ bitkilərin xalq təbabətində nə kimi rolu var?
-Dekorativ bitkilərin xalq təbabətində rolu digər bitkilər kimi effektivdir, lakin fərqli müalicə üsulları, məlhəm, tinktura, dəmləmə və s. şəkildə istifadə yolları fərqlidir. Dekorativ bitkilərin zəhərli olanları da var, buna görə də xalq təbabətində geniş istifadə edilənləri kitabda qeyd etmişik. Bu böyük mövzu olduğuna görə kitab halında oxuculara təqdim etdik.
-Bir-iki bitkidən misal çəkə bilərsinizmi?
-Hamının tanıdığı Jasmin bitkisi yuxusuzluq, depressiya zamanı çox əhəmiyyətlidir. Belə ki, 1 xörək qaşığı Yasmini 250 ml qaynar suda dəmləyib 25-30 dəqiqə saxlayıb soyutmaq və gündə 4 dəfə 2 xörək qaşığı qəbul etmək olar. Müalicə məqsədilə bitkinin yerüstü hissəsindən istifadə edilir. Sevdiyim bitkilərdən biri olan Aqava revmatizm, nevralgiya, işalgiya, boyun osteoxondroz və artroz kimi xəstəliklərdə istifadə edilir. Bitkinin yarpaqlarından doğranmış halda 100 q götürüb 1 litr 40-70%-li spirtə əlavə edib ağzı kip bağlı halda 15 gün saxlayıb və sonra süzmək. Alınan məhluldan bir az götürüb göstərilən xəstəliklərdə yerli olaraq çəkib masaj etmək faydalıdır.
-Kitabın maarifçilik baxımından nə kimi rolu var?
-Kitab əhalinin bu tipli tanıdıqları bitkilərin adlarının, onların təsir xüsusiyyətlərinin və s. öyrənilməsində maariflənmək məqsədi üçün nəzərdə tutulub. Kitab biologiya, farmakoqnoziya, dərman bitkilərinin texnologiyası və eləcə də bu kimi sahələrdə çalışan tələbə və elmi işçilər üçün də məqsədyönlüdür. Kitabın geniş oxucu kütləsi tərəfindən, universitetlərdə belə təqdirəlayiq qarşılanmasını gözləyirik. Azərbaycan Tibb Universitetinin əməkdaşlarından rəyçi və məsləhətçilərə öz təşəkkürümüzü bildiririk.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info