“Gələcək illərdə Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək niyyətindəyik”
Tarix: 07.06.2017 | Saat: 15:13:00 | E-mail | Çapa göndər


Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəsmi saytında ABŞ-ın dövlət katibi Reks Tillersonun Azərbaycanın 28 May-Respublika Günü münasibəti ilə təbrik bəyanatı yerləşdirilib.
Dövlət Departamentinin rəsmi saytında yer alan xəbərə görə, bəyanatda dövlət katibi Amerika xalqı adından 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqına səmimi təbriklərini çatdırır.
“ABŞ ilə Azərbaycan güclü tərəfdaşlardırlar, ölkələrimiz uzun illərdir enerji və təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq edir, demokratik prinsiplər əsasında dialoq qurur. Ramazan ayının başlanması, müsəlman aləmində ilk parlamentli respublikanın qurulmasının 99 illiyi münasibətilə zəngin tarixi olan Azərbaycanı təbrik edirəm”,-deyə dövlət katibi vurğulayır.
Amerika Birləşmiş Ştatlarının xalqın fundamental azadlıqlarına hörmətlə yanaşan daha təhlükəsiz və firavan dövlət yaratmaq səylərini dəstəklədiyini deyən Reks Tillerson ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması prinsipinə sadiq olduğunu diqqətə çatdırır.
Bildirilir ki, ABŞ gələcək illərdə Azərbaycan ilə əlaqələrin bütün sahələrində əməkdaşlığı daha da genişləndirmək niyyətindədir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Prezident İlham Əliyev: Bizim hədəfimiz Azərbaycanda müasir infrastruktur yaratmaq və ölkəni müasirləşdirməkdir
22.01.2019
Norika Nikolai: Avropa Parlamentinin bəzi deputatları tərəfindən səsləndirilən bəyanatlar saxtadır
22.01.2019
Bakı Şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib
22.01.2019
Müdafiə naziri mühəndis və kimya hərbi hissələrində yeni istifadəyə verilən obyektlərlə tanış olub
22.01.2019
Əli Abdalov Mehman Hüseynovla barışıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info