Peşə məktəblərinə şagird qəbulunu “ASAN xidmət” mərkəzləri  həyata keçirəcək
Tarix: 07.06.2017 | Saat: 16:18:00 | E-mail | Çapa göndər


“Bu il Azərbaycanda peşə təhsili sahəsində şəffaflığın təmin edilməsi məqsədilə “Asan peşə” layihəsi çərçivəsində Bakı və Gəncə şəhərlərində yerləşən ilk peşə təhsili müəssisələrinə şagird qəbulunu “ASAN xidmət” mərkəzləri  həyata keçirib. Yeni tədris ilindən qəbulun “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərdiyi digər şəhər və rayonlarda da həyata keçirilməsi nəzərdə tutulur”.
Bunu təhsil naziri Mikayıl Cabbarov “Peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi texniki yardım layihəsinin açılış konfransında bildirib. O deyib ki, Mənzil İnşaat Dövlət Agentliyi ilə əməkdaşlığa əsasən bu ildən Tikinti və quraşdırma üzrə Dövlət Peşə Təhsili Mərkəzinin şagirdləri iş yerində istehsalat təcrübələrinə cəlb edilib. Növbəti tədris ilindən “Gilan holding”lə qarşılıqlı əməkdaşlıq çərçivəsində əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanması nəzərdə tutulur.
Təhsil Nazirliyi yanında Peşə təhsili üzrə Dövlət Agentliyinin fəaliyyət göstərdiyi müddətdə peşə təhsili ilə bağlı həyata keçirilən layihələrə gəlincə, nazir qeyd edib ki, qısa müddətdə peşə ixtisas təhsili müəssisələrinin əksəriyyətində monitorinqlər aparılıb. Onun sözlərinə görə, nəticədə 32 ilk peşə təhsil müəssisəsi rasionallaşdırılıb və sahələr üzrə ixtisaslaşdırılaraq 13 dövlət peşə təhsili mərkəzlərində yerləşdirilib: “Bu günlərdə Nazirlər Kabinetinin qərarı olaraq, Qəbələdə iki təhsil müəssisəsinin əsasında müvafiq peşə təhsil mərkəzi yaradılıb. Tezliklə Qəbələ və Gəncədə yeni peşə təhsili müəssisələrinin inzibati binaları istifadəyə veriləcək.İlin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqların diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır
18.09.2018
Təhlükəsiz avtomobil idarəetmə mövzusunda dəyirmi masa
18.09.2018
“Maarifləndirici tədbirlərin nəticəsi olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info