Malena Mard: “Aİ Azərbaycandakı islahatları gələcəkdə də dəstəkləyəcək”
Tarix: 07.06.2017 | Saat: 16:43:00 | E-mail | Çapa göndər


“İyul ayından Avropa İttifaqı ilə Azərbaycan arasında 4 yeni qrant layihəsi başlayacaq. Bunların hamısı fərdi peşə mərkəzlərinin müasirləşdirilməsinə yönələcək. Birgə yanaşma hazırda ölkədə gedən islahatlara töhfə verəcək”.
Bunu Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard “Peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsinin açılış konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlıq Brüssel üçün mühüm rol oynayır. M. Mard qeyd edib ki, peşə təhsilinin və təliminin inkişafı iqtisadiyyatın diversifikasiyasının, hazırda Azərbaycanda gedən iqtisadi islahatların, ali təhsillə birlikdə insan resursları bazasının əsasını təşkil edir: “Bu sistem bazara təkrar və yeni daxil olanlar üçün imkanları genişləndirir. Peşə təhsili və təlimi sisteminin təkmilləşdirilməsi düzgün istiqamətdə aparılmalıdır. Bununla bağlı Avropa İttifaqı böyük bir təcrübəyə malikdir. Peşə təhsilində yaxşı, keyfiyyətli müəllimlər, infrastruktur, təlimatçılar olmalıdır. Bundan başqa bazarın tələblərinə cavab verən düzgün məzmun, kurikulum, proqram lazımdır. Bu da təlim materiallarının vacibliyini təmin edir və təhsil prosesinə dəstək göstərir. Bunlar elə bir dildə olmalıdır ki, tələbələr tərəfindən asanlıqla başa düşülsün, tətbiq oluna bilsin”.
M. Mard əlavə edib ki, peşə təhsili sonradan məşğulluğa gətirib çıxarmalıdır. Onun fikrincə, yeni layihə Azərbaycanda peşə təhsilinin inkişafına yönəlib, eyni zamanda Avropa İttifaqının Azərbaycana dəstəyini özündə ehtiva edir: “Ümidvarıq ki, Azərbaycanda gedən islahatları gələcəkdə də dəstəkləyəcəyik. Biz təhsil istiqamətində daha geniş şəkildə işləyirik. Bu gün təqdimatı keçirilən və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihə bir daha onu göstərir ki, Avropa İttifaqı Azərbaycanın təhsil sisteminə nə qədər önəm verir. Ali təhsil alt sektorlarının Avropa İttifaqının ən yaxşı təcrübə ilə uyğunlaşdırılması, tədqiqat və inkişaf qarşıda duran layihələrdən yalnız bir neçəsidir”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info