«Azərbaycanla əlaqələrimiz dinamik şəkildə inkişaf edir»
Tarix: 24.04.2013 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


Mixail Myasnikoviç: «İnformasiya-kommunikasiya
texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlığa böyük önəm veririk»


Azərbaycan kosmik sferada istifadə olunan texnologiya ilə bağlı Belarusun təcrübəsindən istifadə etməkdə maraqlıdır. Bu haqda Belarusun «Belapan.ru» saytı məlumat yayıb. Sayt yazır ki, bu məsələ Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun Minskdə bu ölkənin baş naziri Mixail Myasnikoviçlə keçirilən görüşündə səsləndirilib.

Belarus hökumətinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilir ki, tərəflər informasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələsi ətrafında geniş fikir mübadiləsi aparıblar. Məlumatda qeyd edilir ki, azərbaycanlı nazir Yerin öyrənilməsi ilə bağlı hazırlanan Belarus peykinin orbitə buraxılması sahəsində təcrübənin öyrənilməsinin əhəmiyyətindən danışıb: «Biz təcrübənin bölüşdürülməsi, innovasiya texnologiyalarının işlənməsi və kosmosun birgə tədqiqatı sahəsində əməkdaşlıqda maraqlıyıq». Görüşdə qeyd edilib ki, Azərbaycan informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsində Belarusla əməkdaşlığı genişləndirmək niyyətindədir. Əli Abbasovun sözlərinə görə, əsas diqqət Belarusun Yüksək Texnologiyalar Parkına yönəlib. Yaxın vaxtlarda bu sahədə əməkdaşlığın genişləndirilməsinin müzakirə ediləcəyi gözlənilir. Myasnikoviç bildirib ki, Belarusla Azərbaycanın əlaqələri dinamik şəkildə inkişaf edir, birgə proqramlar və layihələr həyata keçirilir: «Bizim əməkdaşlığımız xoşməramlıdır. Aramızda-dövlət başçılarından tutmuş, hökumətlərə, nazirlərə, müəssisə rəhbərlərinə qədər etimad atmosferi formalaşıb». Myasnikoviç informasiya-kommunikasiya texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini bildirib. Baş nazirin fikrincə, bu sfera Belarus üçün prioritetdir. Belarusun Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-fevral ayları ərzində iki dövlət arasında ticarət dövriyyəsi 33,7 milyon dollar təşkil edib ki, bu ötən ilin analoji dövrü ilə müqayisədə 13,1 faiz çoxdur. Qeyd edək ki, Minskdə İKT sahəsi üzrə Belarus-Azərbaycan biznes-forumu keçirilib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına görə, forumun keçirilməsində məqsəd ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi və gələcək inkişafı, iki ölkənin rabitə və İKT sahəsindəki dövlət orqanlarının qarşılıqlı fəaliyyətinin gücləndirilməsi, onların İT potensialının nümayiş olunması, eləcə də məhsul və xidmətlərin ixracı üçün imkan və şəraitin yaradılması, işgüzar görüş və danışıqların aparılması, təcrübə mübadiləsi və tərəfdaşlıq əlaqələrinin qurulmasıdır.
ANAR




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info