“ 1100 nəfər əlilliyi olan şəxs istirahətə göndəriləcək”
Tarix: 07.06.2017 | Saat: 17:05:00 | E-mail | Çapa göndər


Elman Babayev: “İlk rübdə əlillik təyin olunanların sayı 44% azalıb”

“Son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin digər fəaliyyət istiqamətlərində olduğu kimi, tibbi-sosial ekspertiza və reabilitasiya sisteminin də elektron texnologiyalar üzərində qurulması təmin edilib. 2016-cı ilin 15 noyabrından əlilliyin təyinatının elektron infrastruktur üzərindən yalnız səhiyyə müəssisəsinin göndərişi əsasında ekspert-vətəndaş təması olmadan şəffaf aparılmasına keçid bir tərəfdən əlilliyi müəyyən olunan şəxslərin tibbi-sosial ekspert komissiyalarına gəlmədən əlilliklərinin qiymətləndirilməsi təmin olunub, digər tərəfdən isə əlillik təyin olunan şəxslərin sayının azalmasına səbəb olmuşdur. Belə ki, cari ilin ilk rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə əlillik təyin olunanların sayı 44% azalıb”.
 
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib. O bildirib ki, ölkəmizdə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların etibarlı sosial müdafiə və tibbi-sosial reabilitasiya sistemi ilə əhatə olunması dövlət siyasətinin mühüm tərkib hissəsi olmaqla, bu istiqamətdə ardıcıl və məqsədyönlü işlər aparılır.
 
“Hazırda nazirlik tərəfindən aylıq sosial müavinət və əmək pensiyası ödənilənlərin 36%-ni, Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin edilənlərin 71%-ni əlilliyi olan şəxslər təşkil edir və bu sosial ödənişlərin məbləği mütəmadi olaraq artırılır. Ümumilikdə ölkəmizdə pensiyaların orta aylıq məbləği son on ildə 10,3 dəfədən çox, cari ilin ilk rübündə isə 5,3% artıb. Eləcə də son on ildə sosial müavinətlərin orta aylıq məbləği 3 dəfə, Azərbaycan Prezidentinin müharibə əlilləri və onlara bərabər tutulanlar üçün təyin edilən aylıq təqaüdünün məbləği ötən dövrdə orta hesabla 2 dəfədən çox artırılıb”, - deyə E.Babayev vurğulayıb.
 
Şöbə müdiri vurğulayıb ki, ölkəmizdə əlilliyi olan şəxslərin rifahının yaxşılaşdırılmasına yönələn mühüm proqramlar da icra olunur. Belə proqramlardan biri kimi,  Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatıdır. Bu təbəqələrdən olan 600 ailəyə artıq təmirli yeni mənzil və ya fərdi ev verilib: “Ümumilikdə, indiyədək nazirliyin xətti ilə 5 550 nəfərədək əlil və şəhid ailəsi mənzillə təmin olunub ki, onlardan 4 150 nəfərini əlilliyi olan insanlar, qalan hissəsini isə şəhid ailələri təşkil edib. Bununla bərabər, ötən dövrdə nazirlik tərəfindən 5 900 nəfərə yaxın müharibə əlili və onlara bərabər tutulan şəxsə dövlət büdcəsi hesabına minik avtomobili verilib”.
 
E.Babayev vurğulayıb ki, əlilliyi olan şəxslər üçün reabilitasiya sisteminin ən müasir tələblərə uyğun qurulması yönündə də mühüm addımlar atılıb. Nazirliyin Respublika Əlillərin Bərpa Mərkəzində, Uşaq Bərpa Mərkəzində ən yüksək standartlar səviyyəsində reabilitasiya şəraiti yaradılaraq əlillərin istifadəsinə verilib. Ümumilikdə nazirliyin 15 bərpa-müalicə müəssisəsi tərəfindən ötən il 23,3 min nəfər, cari ilin yanvar-aprel aylarında isə 6,3 min nəfərdən çox əlilliyi olan şəxs bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edilib, 400 nəfərə yaxın əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın xaricdə ixtisaslaşmış bərpa-müalicəsi təşkil olunub. Nazirliyin sosial sifarişləri əsasında ixtisaslaşmış QHT-lər tərəfindən icra olunan reabilitasiya yönümlü sosial xidmət layihələri hər il 2 mindən çox sağlamlıq imkanları məhdud uşağı əhatə edir.
 
“Ötən dövrdə 1 100 nəfərdən çox sağlamlıq imkanları məhdud gənc peşə hazırlığı kurslarına qəbul edilib və kursları başa vuranlara peşə sertifikatları verilib. Əlilliyi olan şəxslərə qayğının artırılması işlərində Heydər Əliyev Fondu tərəfindən də mühüm işlər aparılır. Fondun dəstəyi ilə sağlamlıq imkanları məhdud uşaqların dövlət təminatında yaşadığı 1 və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində nümunəvi yaşayış və reabilitasiya şəraiti, habelə əlilliyi olan şəxslərə informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarının yaradılması üçün ölkəmizin 3 bölgəsində Regional İnformasiya Mərkəzləri, Bakıda Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi yaradılıb”, - deyən şöbə müdiri əlavə edib.
 
Nazirliyin əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası ilə bağlı müvafiq proqramına əsasən ötən il 1015 nəfər əlilliyi olan şəxsin ölkəmizin Lənkəran, Xaçmaz və Şəki rayonlarında istirahəti təşkil edilib. Bu il isə 1 100 nəfərdən çox əlilliyi şəxsin istirahətə göndərilməsi nəzərdə tutulub ki, onlardan artıq 400 nəfərə yaxını xüsusi nəqliyyat vasitəsi ilə Lənkəran və Xaçmaz rayonlarındakı istirahət mərkəzlərinə göndərilib. 
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info