“Tezliklə Aİ Azərbaycanla 2020-ci ilədək ortamüddətli prioritetlərə dair razılığa gələcək”
Tarix: 07.06.2017 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


“Hazırda Azərbaycanla Avropa İttifaqı arasında gələcək tərəfdaşlıq prioritetləri üzərində iş görülür. Bir neçə həftə və ya ay ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında 2020-ci ilədək ortamüddətli prioritetlərlə bağlı razılıq əldə olunacaq”.
Bunu Avropa Komissiyasının qonşuluq siyasəti və Avropa İttifaqının (Aİ) genişləndirilməsi ilə bağlı danışıqlar üzrə Baş Direktoratlığının "Şərq tərəfdaşlığı" departamentinin direktoru Lourens Meredit “Peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi texniki yardım” layihəsinin açılış konfransında deyib.
Onun sözlərinə görə, bu münasibətlərdə təhsil, xüsusilə peşə təhsili əsas prioritet rol oynayır. L. Meredit qeyd edib ki, Azərbaycan iqtisadi islahatlar aparır və bu da kiçik-orta sahibkarlığın inkişafını labüd edir: “Bütün bu xidmətlərin, cəhdlərin nəticəsində çox vacibdir ki, Azərbaycan müxtəlif bacarıqlar əsaslı cəmiyyət yaratsın. Hazırda Azərbaycanın 70% işçi qüvvəsi özünə və yaxud ailə biznesində işləyir. Böyük hissə kənd təsərrüfatı və ailə tərəfindən idarə olunan şirkətlərdə çalışır”.
O bildirib ki, peşə təhsili bacarıqlarının inkişaf etdirilməsi üçün Avropa İttifaqı artıq Təhsil Nazirliyi ilə yaxından tərəfdaşlıq edir: “Azərbaycanın təhsil sisteminin Avropa təcrübəsindən yararlanması, öyrənməsi Avropa İttifaqı ilə mövcud olan müxtəlif modellərin öyrənilməsinə gətirib çıxarır. Bizim də təbii ki, zəif və güclü tərəflərimiz var. Bilirəm ki, Avropa İttifaqında olan Tvininq layihəsinin fəal istifadəçisisiniz. Bu bir daha Azərbaycan və Avropa İttifaqı  əməkdaşlığının nə dərəcədə vacib olduğunu göstərir. Üzv dövlətlərin təcrübəsini Azərbaycanla bölüşməyə hazırıq”.
L. Meredit qeyd edib ki, Avropa İttifaqı  ilə Azərbaycan arasındakı strateji partnyorluğun Şərq Tərəfdaşlığı çərçivəsindən də yüksək qiymətləndirilməlidir. O, yalnız Avropa İttifaqının deyil, eyni zamanda Şərq Tərəfdaşlığı regionu məsələləri ilə də məşğul olduğunu deyib. “Bu sahədə vacib bir sammit noyabr ayında Brüsseldə keçiriləcək. Sammitdə Şərq Tərəfdaşlığının 6 ölkəsi və Avropa İttifaqının 28 ölkəsi 4 əsas prioritetə diqqət yetirəcək. Biz görəcəyik ki, peşə təhsili bu sahələrdə uğurun əsas tərkib hissəsidir. İqtisadi inkişaf və bazar imkanları bunun mühüm tərkib hissələrindən biridir. Eyni zamanda, institutların idarəçiliyi və institusional gücləndirilməsi çox vacibdir. Müxtəlif dövlət qurumları peşə təhsilinin həyata keçirilməsində mühüm rol oynamalıdır”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
18.01.2019
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info