Lourens Meredit: “Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır”
Tarix: 07.06.2017 | Saat: 18:11:00 | E-mail | Çapa göndər


“Azərbaycanla strateji tərəfdaşlıq Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirilir”. Bu sözləri Avropa Komissiyasının Qonşuluq siyasəti və genişlənmə ilə bağlı danışıqlar üzrə Baş Direktoratlığının “Şərq tərəfdaşlığı” departamentinin direktoru Lourens Meredit Bakıda “Peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsinin açılış konfransında deyib. O bildirib ki, Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır: “Azərbaycanın xarici ticarət dövriyyəsinin 50%-ni Avropa İttifaqı ilə əlaqələr təşkil edir. Avropa İttifaqı  eyni zamanda Azərbaycanın ən böyük investorudur və 7 milyard birbaşa investisiyamız var. Sabah Bakıda keçiriləcək Avropa İttifaqı -Azərbaycan biznes forumunda iştirak edəcəyəm. Bunun mühüm tərəfi ondan ibarətdir ki, Avropa İttifaqı biznesi ilə Azərbaycanın biznesi bir araya gətirilir. Azərbaycanın cəhdlərinə dəstək veririk ki, öz iqtisadiyyatını gücləndirsin və diversifikasiya etsin”.
L. Mereditin sözlərinə görə, Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişin müzakirəsi bir daha göstərir ki, hər iki tərəf münasibətlərin dərinləşməsini gözləyir: “Azərbaycan iqtisadiyyatının müasirləşməsi bizim marağımızdadır”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir
16.11.2018
Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi
16.11.2018
Türkiyədə daha bir Xocalı abidəsinin açılışı olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info