Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyi növbəti qurultayı keçirib
Tarix: 07.06.2017 | Saat: 18:11:00 | E-mail | Çapa göndər


Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyi Türkiyənin İzmir şəhərində qurulduğu gündən Türkiyədə Azərbaycanın daha da yaxından tanıdılması, Türkiyə-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsi, bu istiqamətdə fəaliyyət göstərən qurum və fərdlərə dəstək olunması, İzmir Universitetlərində təhsil alan azərbaycanlı tələbələrin təhsillərini daha da uğurlu bir şəkildə başa çatdırmalarına dəstək istiqamətində bir çox fəaliyyətlərə imza atıb. Cəmiyyət bu günlərdə növbəti qurultay keçirdi. Qurultay sayğı duruşu və hər iki ölkənin himnlərinin oxunması ilə başladı və qurultayı idarə etmək üçün rəyasət heyəti seçildi. Cəmiyyətin idarə heyətinin üzvü Cavid Əliyev cəmiyyətin keçən iki il müddətində gördüyü fəaliyyətlər haqqında geniş məruzə ilə çıxış etdi. Ardından nəzarət təftiş komissiyasının məruzəsi Vüsal Bağirzadə tərəfindən oxundu. Hər iki məruzə səsvermə yolu ilə qəbul olundu. Cəmiyyətin 11 nəfər olan idarə heyətinin 13 nəfərə çıxarılması üçün verilən təklif qəbul olunduqdan sonra, yeni idarə heyətinin seçilməsinə keçildi. Yeni idarə heyətinə aşağıdakılar seçildi: Dr. Asif Kurban, Prof. Dr. Rüfət Nuriyev, Prof. Dr. Afiq Bərdəli, Prof.Dr. Gülmira Kuruoğlu, Cavid Əliyev, Nurlanə Ahundzadə Akfidan, Fadıl Ünal, Muharrəm Çakar, Təkməz Kulu, Yaşar Əliyev, Bilal Sevilmiş, Fərid Novruzov və Kənan Kərimli. Nəzarət təftiş komissiyasına isə Akif Abdullah, Təranə Karaman və Cahidə Ocak. seçildilər. Səsvermədən sonra çıxış edən cəmiyyətin sədri Dr. Asif Kurban ötən vaxtda cəmiyyət olaraq önəmli fəaliyyətlər həyata keçirtdiklərini və bu fəaliyyətlərin bundan sonra da davam edəcəyini, həm Azərbaycanın, həm də Azərbaycanın ən vacib məsələrinin həlli üçün çalışacaqlarını qeyd etdi. Asif Kurban Xocalı Soyqırımı, Qarabağ problemi və Türkiyəyə qarşı irəli sürülən iddiaya - qondarma soyqırım məsələlərinə qarşı səylərini daha da artıracaqlarını vurğulayıb. Bunun üçün birlik və həmrəylik içində hərəkət etməyin vacib olduğunu vurğulayan Dr.Asif Kurban daha da çox çalışacaqlarını qeyd etdi. Daha sonra qurultayda iştirak edən müxtəlif qeyri-hökumət təşkilatlarının nümayəndələri təbrik və ürək sözlərini çatdırdılar. Qurultayın ardından iftar süfrəsi açıldı. 9 Eylül Universitetinin müəllimi Prof. Dr. Mehmet Dəmirci Azərbaycan-Türkiyə münasibətləri haqqında konfrans təşkil etdi. Cəmiyyətin qurultayı və iftar süfrəsində İzmir Vali köməkçisi başda olmaqla, cəmiyyətin üzvləri müxtəlif təşkilatların sədrləri, siyasi partiyaların nümayəndələri, universitetlərin müəllim və tələbə heyəti iştirak etdilər.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info