Tbilisidə ÜGT-nin İnformasiya Texnologiyaları konfransı və sərgisi keçirilir
Tarix: 07.06.2017 | Saat: 18:12:00 | E-mail | Çapa göndər


Bu gün Tbilisidə Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları Konfransı və Sərgisi başlanıb.
 
40 ölkədən 500-dən artıq nümayəndə heyətinin iştirak etdiyi konfrans-sərgidə Azərbaycanı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general polkovniki Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
 
Konfransı giriş sözü ilə Gürcüstanın Baş nazirinin müavini və maliyyə naziri Dmitriy Kumsişvili açıb. Tədbirdə maliyyə nazirinin birinci müavini, Gürcüstanın Gəlirlər Xidməti Departamentinin direktoru Giorgi Tabuaşvili, Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriea, Koreya Gömrük Xidmətinin rəhbəri Jong-Vuo Lee açıb. Məruzəçilər ÜGT-nin İT Konfransının keçirilməsinin əhəmiyyətini və bu gün gömrük xidmətində informasiya texnologiyalarının rolunu xüsusi qeyd ediblər.
 
G.Tabuaşvili Gürcüstan gömrük xidməti ilə Azərbaycan gömrük xidmətləri arasında gömrük prosedurlarının sadələşdirilməsi üzrə həyata keçirilən innovasiya layihələrinin, o cümlədən, iki gömrük orqanı arasında  ilkin məlumat mübadiləsinin təşkil edilməsi layihəsinin son dərəcə əhəmiyyətini qeyd edib.  Məruzəçi eyni zamanda GUAM çərçivəsində nəqliyyat və ticarətə yardım layihəsi çərçivəsində həyata keçirilən layihələr haqqında məlumatları konfrans iştirakçılarının diqqətinə çatdırıb.
 
Azərbaycanı Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevkonfrans-sərginin əsas məqsədi barədə məlumat verib: “Tədbirdə əsas məqsəd elektron qaydada məlumat mübadiləsinin həyata keçirilməsidir. Yüklər 12 ölkəyə daxil olduqda reportyor ölkə bu yüklərin daxil olmasından xəbərdar olur və rəsmiləşdirmənin tez həyata keçirilməsinə xidmət edir. Biz Azərbaycan nümayəndə heyəti olaraq tədbirə qatılmışıq və çalışırıq ki, gömrük sahəsində ÜGT-nin İnformasiya Texnologiyalarının modernləşdirilməsi istiqamətində yenilikləri öyrənək və səmərəli şəkildə gömrük sahəsində həyata keçirək. Sərgidə iştirak edən gömrük xidmətləri uzun illərdir ki, bizimlə tərəfdaşdırlar. Biz tədbir çərçivəsində bu təşkilatların yeni avadanlıqları ilə maraqlanacaq və razılaşdırılmış ikitərəfli görüşlər keçirəcəyik”, - deyə Dövlət Gömrük Komitəsinin sədri bildirib.
 
Qeyd edək ki, konfrans çərçivəsində Azərbaycan nümayəndə heyəti rəhbərinin ÜGT-nin Baş katibi , Qazaxıstan Gəlirlər Xitmətinin rəhbərliyi ilə və Beynəlxalq Avtomobil Daşımaları təşkilatının (İRU) sədri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub. 
 
Konfrans-sərgi işini panellərdə davam etdirir.
 
Tədbir iyunun 9-da başa çatacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info