İspaniyada böhran davam edir
Tarix: 24.04.2013 | Saat: 23:55:00 | E-mail | Çapa göndər


Rusiyanın “Reyters” xəbər agentliyinin yaydığı məlumata əsasən, İspaniya artıq Latın Amerikasından miqrantları cəlb etmir. 17 il ərzində ilk dəfə Cənubi Amerika miqrantları Avropadan getdiyi üçün ölkədə əhalinin sayı azalıb.

Rəsmi statistikanın məlumatına görə, 2013-cü ilin yanvarına görə, İspaniya əhalisi 47 milyondan bir qədər az olub. Bu ötən illə müqayisədə 200 min nəfər azdır. Ölkədə əhalinin belə ixtisarı ilk dəfə 1996-cı ildə müşahidə olunmuşdu. İspaniyanın “El Pais” nəşri xəbər verir ki, İspaniyanın demoqrafik statistikasını kütləvi şəkildə ölkələrinə qayıdan Latın Amerikası vətəndaşları korlayır. 2012-ci ildə İspaniyanı 400 min insan tərk edib. Onların təxminən 300 mini əcnəbilərdir. Bir il ərzində İspaniyada kolumbiyalılar 10%, argentinalılar 10,8%, boliviyalıların sayı isə 7,3% azalıb. Ölkədən gedənlər içərisində çoxluq ekvadorlulara mənsubdur. Belə ki, onların sayı 15% azalıb.
Limaya bilet alan, 45 yaşlı Beatris Amores deyir ki, o öz evinə-Keunkaya qayıdır. Beatris İspaniyaya 1999-cu ildə “Avropaya Latın Amerikası dalğası”nın birinci miqrasiyası zamanı gəlib. O, Valensiyada yaşayıb və daim işləyib: “Mən ofislərdə süpürgəçi, küçədə qapıçı, mehmanxanalarda qulluqçu işləmişəm. Ancaq 2009-cu ildən etibarən sözügedən işləri belə, tapmağa çətinlik çəkməyə başladıq”. Mühacir qeyd edir ki, müvəqqəti məşğulluq verən bir çox şirkətlər, indi ispanları işə götürürlər, hərçənd onların əksəriyyəti heç vaxt süpürgəçi işləmirdi. İqtisadi böhranın başlanğıcıyla əlaqədar qadınlar əsasən qeyri-leqal işləyir. “Mənə və ailəmə Ekvadorda yaşamaq daha asan olacaq. Hətta əgər iş tapa bilməsəm də, orada ən azından yaşamaq mümkün olacaq. İspaniyada vəziyyət indi çox ağırdır, mən evə qayıdacağam və hər şeyi yenidən başlayacağam”-deyə mühacir sonda bildirib.
Qeyd edək ki, hazırda İspaniya dünya iqtisadiyyatı böhranından ən çox zərər çəkmiş Avropa ölkələrindən biridir. 2012-ci il ərzində ölkənin ÜDM borcu artıb. Sərt iqtisadi siyasət özünə bəraət qazandırmayıb. Bu günlərdə Maliyyə Nazirliyi yeni büdcə planını təqdim edəcək. İspaniya “defisitin azaldılması və iqtisadi artım arasında balansı qurmaq” niyyətindədir.
Avropa İttifaqı ölkələri arasında İspaniyada büdcə defisiti çox yüksəkdir.
Nəticəyə görə, 2012-ci il “bank sisteminin qurtuluşuna” görə İspaniyada büdcənin defisiti ÜDM hesabı ilə 10,6%-ə qədər artıb. Ötən gün “Yevrostat”ın verdiyi məlumata əsasən, bu, 2011-ci ildəkindən 9,4% daha çoxdur, eyni zamanda 2012-ci ildə Yunanıstanda büdcənin defisiti 10% ÜDM təşkil edirdi. Eyni zamanda 2013-cü ildə Avropa Birliyinin bütün iştirakçılarına yayılan maliyyə paktına əsasən, büdcənin defisiti 3% ÜDM-ni ötməməli idi.
Mariano Raxoy ötən həftə bildirib ki, 26 apreldə hökumət bunun üçün daha elastik və rəqabətə davamlı Avrozona iqtisadiyyatı planını təqdim edəcək. Yeni işsizlik rekorduna nail ola biləcək elan I rübün nəticələri haqqında hesabatlar həftəsini yekunlaşdıracaq.
ÜLKƏR




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İspan qadınlar həm alim, həm də ana olmaq hüququ uğrunda mübarizə aparırlar
21.09.2018
Türkiyə İdlibdəki hərbi qüvvələrinin sayını artıracaq
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info