Dövlət Miqrasiya Xidməti növbəti tədbirini Qaxda keçirib
Tarix: 07.06.2017 | Saat: 18:43:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin Sərəncamı ilə hər il qeyd olunan 18 iyun - İnsan Hüquqları Günü münasibətilə mayın 18-dən iyunun 18-dək davam edən insan hüquqları aylığı çərçivəsində Dövlət Miqrasiya Xidməti (DMX) rəisinin təsdiq etdiyi Tədbirlər Planına əsasən Xidmətin regional miqrasiya idarələrinin xidməti ərazilərində insan hüquq və azadlıqlarından bəhs edən mövzularda tədbirlər keçirilib.
DMX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, növbəti tədbir Şəki regional miqrasiya idarəsinin xidməti ərazisinə aid olan Qax rayonundakı Heydər Əliyev Mərkəzində keçirilib.
Görüşdə “Miqrantların hüquqları insan hüquqları kontekstində” və “Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər və leqallaşma istiqamətində görülən işlər” mövzularında məruzələr təqdim olunub.
Bildirilib ki, Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu dövlət siyasətinin əsas istiqamətlərindən biri, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi ümumdövlət vəzifəsi kimi müəyyən edilib. Məlumat verilib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 1998-ci il 22 fevral tarixində “İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman imzalanıb və dövlət başçısının 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə insan hüquqlarının müdafiəsi sahəsində Dövlət Proqramı təsdiqlənib. Dünyada dini və milli zəmində radikallaşmanın, ekstremizmin, mənəvi dəyərlər böhranının, miqrant probleminin yaşandığı bir dövrdə Azərbaycandakı multikultural həyat tərzi nadir mədəniyyət nümunəsidir. Ölkəmizdə insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində mütəmadi olaraq zəruri tədbirlər görülür. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına xüsusi diqqət yetirilir.
Əhalinin müxtəlif qruplarını əhatə etməklə insan hüquqlarını təbliğ edən mövzularda keçirilmiş tədbirdə iştirak edən ictimaiyyət nümayəndələrini maraqlandıran suallar Dövlət Miqrasiya Xidmətinın səlahiyyətli əməkdaşları tərəfindən cavablandırılıb.
Elə həmin gün Şəki regional miqrasiya idarəsindən nisbətən uzaqda yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin müraciətlərini asanlaşdırmaq, xidmət göstərilən kontingentin məmnunluğunu təmin etmək üçün Qaxda səyyar xidmət təşkil edilib.
Səyyar xidmətin imkanlarından 19 şəxs istifadə edib. Belə ki, onlardan 12 nəfərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələri, 3 şəxsə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış verilib. Bundan başqa, 4 şəxsə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, müvəqqəti, həmçinin daimi yaşama, o cümlədən iş icazələrinin alınması ilə bağlı müraciət etmək üçün sənədlərin siyahısı təqdim olunub.
Müraciət edənlər keçirilən maarifləndirmə tədbirinə və səyyar xidmətin təşkilinə görə minnətdarlıqlarını bildiriblər.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info